Modern.az

Qızlığını öldürən azərbaycanlı həbs olundu

Qızlığını öldürən azərbaycanlı həbs olundu

16 Mart 2018, 15:18

Martın 13-də Rusiyanın Krasnodar bölgəsində itgin düşmüş və bir sutka sonra ölü tapılmış qızın atası həbs olunub. Modern.az xəbər verir ki, bu barədə “Ria Novosti” məlumat yayıb.

 

“Şübhəli ifadəsindən sonra bu gün iki aylığına həbs olunub” - Rusiya Federasiyası İstintaq Komitəsinin araşdırma şöbəsinin Krasnodar bölgəsi üzrə köməkçisi Natalya Smaskaya bildirib.

Şübhəli şəxs sorğu zamanı qızın özünü pis apardığını və buna görə də sinə nahiyəsindən bir neçə dəfə zərbə vurduğunu və yatırdığını bildirib. Çıxıb qayıtdığı zaman isə uşağın öldüyünü aşkarlayıb. Daha sonra meyidi sahil kənarına aparıb və üzərini daşla örtüb.

Qeyd edək ki, axtarışlara 500 polis əməkdaşı olmaqla 1300-ə yaxın insan cəlb olunmuşdu.

 

Əvəz ZEYNALOV

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır