Modern.az

Rusiyalı səfir Londonu “Skripal işi” ilə bağlı İTTİHAM ETDİ

Rusiyalı səfir Londonu “Skripal işi” ilə bağlı İTTİHAM ETDİ

16 Mart 2018, 15:51

Rusiyanın ABŞ-dakı səfiri Aleksander Yakovenko “Skripal işi” ilə əlaqədar Rusiya Britaniya qarşıdurmasını “böyük şahmat oyunu” adlandırıb. Modern.az xəbər verir ki, səfir bu barədə “Rossiya 24” telekanalına müsahibəsində bildirib.

 

Yakvenkonun sözlərinə görə heç kim Yuli Skripalın və onun atasının şəkillərini görməyib. Onun sözlərinə görə, keçmiş “QRU” polkovniki və qızının səhəti ilə bağlı da açıqlama verilmir.  Diplomat Britaniya tərəfini Rusiya ilə istintaq işində əməkdaşlıq etməməkdə də ittiham edib.

 

Səfir bu halları beynəlxalq hüququn pozulması kimi qiymətləndirib.

“Britaniylılar bu mövzudan aktiv şəkildə yayınırlar. Bu bizim oynamalı olacağımız böyük şahmat oyunudur” – deyə səfir bildirib.

 

Əvəz ZEYNALOV

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir