Modern.az

Deputatdan evsiz gənclərlə bağlı TƏKLİF

Deputatdan evsiz gənclərlə bağlı TƏKLİF

Aktual

16 Mart 2018, 16:41

"İstifadəsiz qalan yeni tikililərin sahibləri ya vergi ödəməli, ya da satış qiymətlərini endirməlidir".

 

Modern.az-ın məlumatına görə, bunu Milli Məclisin deputatı Tahir Rzayev parlamentdə hökumətin 2017-ci il hesabatına münasibət bildirərkən deyib.

 

Deputat bildirib ki, bu gün paytaxtda istifadəsiz qalan mənzillərin sayı kifayət qədərdir.

 

“Gənclərin isə mənzil ehtiyacı qalıb. Bu gün tikintisi başa çatan lakin istifadəsiz qalan binaların sayı kifayət qədərdir. Çünki MTK-lar tərəfindən elə qiymətlər qoyulub ki, satıla bilmir. Bu mənzillərin boş qalması dövlət üçün də sərfəli deyil.

 

Təklif edirəm ki, ya bu mənzillərin əmlak vergisi MTK-lar tərəfindən dövlətə ödənilsin, ya da satış qiyməti aşağı salınsın ki, insanlar onu ala bilsin”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür