Modern.az

Deputatnın təşəbbüsü ilə uşaq evində şənlik təşkil olundu

Deputatnın təşəbbüsü ilə uşaq evində şənlik təşkil olundu

Aktual

16 Mart 2018, 16:57

16 mart 2018-ci il tarixində Milli Məclisin deputatı, Azərittifaqın İdarə Heyətinin sədri, professor Eldar Quliyevin təşəbbüsü və dəstəyi ilə Azərittifaqa tabe olan iki təhsil müəssisəsi - Azərbaycan Kooperasiya Universiteti və Bakı Biznes və Kooperasiya Kollecinin əməkdaşları, tələbələri Novruz Bayramı münasibətilə xeyriyyə məqsədilə Sabunçu rayonu Maştağa qəsəbəsində yerləşən 1 saylı Uşaq Somatik sanatoriyasında ziyarətdə oldular. Qeyd edək ki, təhsil müəssisələrinin birgə təşkilatçılığı ilə uşaq sanatoriyasında böyük konsert proqramı təşkil olundu və uşaqlara müxtəlif bayram sovqatları hədiyyə olundu.

 

Modern.az xəbər verir ki, bayram tədbirində giriş nitqi ilə Bakı Biznes və Kooperasiya Kollecinin direktoru Fatimə xanım Quliyeva çıxış edərək bütün uşaqarı və ümumilikdə tədbir iştirakçılarını xalqımızın əziz bayaramı olan Novruz bayramı münasibətilə təbrik etdi və onlara Millət vəkili Eldar Quliyevin salamlarını və təbriklərini çatdırdı. F. Quliyeva bildirdi ki, “ Biz kollektiv olaraq 3 gün öncə Novruz bayramının müjdəçisi olan Yel çərşənbəsində Bilgəhdə, Müharibə və Əmək Əlilləri üçün Pansionatda ahıllarımızla birgə bayramı qeyd etdik. Bu gün isə əziz balalar, sizlərlə bir yerdəyik, sizlərin və sizə yorulmadan xidmət edən şəxslərin bayramını təbrik etməyə gəlmişik. Novruz bayramı xalqımızın ən əziz bayramı kimi onun bir xalq kimi formalaşmasında, inkişafında və milli özünüdərkində böyük rol oynayıb. Novruz bayramı milli varlığımıza birbaşa siraət edən qədim bir el şənliyidir. Təbiətin yenidən canlanmasını müjdələyən Novruz bayramı, sadəcə, şadlıq, sevinc, səadət bayramı olmayıb, tariximizin ən çətin anlarında insanlarımızın ürəyində özünə yer eləyib, həyatına daxil olmuş, işıqlı sabaha, xoşbəxt gələcəyə inam duyğusunu yaşadıb. Novruz insanlar arasında birlik və mehribanlığın möhkəmləndirilməsi, onların bir-birinə mərhəmət və diqqət göstərməsi kimi sağlam təməllər yaradıb”.

 

Tədbir iştirakçılarına səmimi bayram təbriklərini çatdıran direktor ölkəmizdə uşaqlara, yeniyetmələrə göstərilən dövlət qayğısından da söz açaraq qeyd etdi ki, “Hazırda uşaqlara göstərilən dövlət qayğısı göz qabağındadır və bu qayğının təməlini Ulu öndərimiz Heydər Əliyev qoymuşdur. Məhz, onun təşəbbüsü ilə Azərbaycan 1994-cü ildə BMT-nin Uşaq Hüquqları Konvensiyasına qoşulmuş və bu sahədə bir neçə hüquqi sənədlər qəbul olunmuşdur. Dahi şəxsiyyət uşaqları hədsiz sevgi ilə sevir və onların hər birinə öz balası kimi münasibət bəsləyirdi. Heydər Əliyev uşaqların təhsilinə, onların savadlı və cəmiyyət üçün yararlı olması üçün hər zaman çalışıb. O, hər zaman "Uşaqlar bizim gələcəyimizdir" deyirdi və əgər bir dövlət öz gələcəyini işıqlı, parlaq görmək istəyirsə gərək uşaqa xüsusi diqqət yetirsin. Bu da Heydər Əliyev siyasətinin əsas yollarından biri idi”.

 

Çıxışlardan sonra uşaqlar üçün müxtəlif əyləncəli şou-proqramlar, incəsənət nümayəndələrinin musiqi nömrələri ilə bayram konserti təşkil olundu. Konsertdə tələbələr, müəllimlər və uşaqlar birgə rəqs edərək xoş əhval-ruhiyyə mühiti yaratdılar.

 

 
Whatsapp
Bizə yazın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır