23 iyul 2018, Bazar ertəsi
Ana Səhifə - GÜNDƏM - İlham Əliyevdən xalqa Novruz TƏBRİKİ  
İlham Əliyevdən xalqa Novruz TƏBRİKİ  
16.03.2018, 17:24

Prezident İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib.

Modern.az-ın məlumatına görə, təbrikdə deyilir:


"Hörmətli həmvətənlər! Sizi Novruz bayramı münasibətilə ürəkdən təbrik edir, hamınıza cansağlığı, səadət və uğurlar diləyirəm.

Azərbaycan torpağında qədim tarixi köklərə malik Novruz bayramı uzaq keçmişlərdən mənəvi dünyamızın ən dərin qatlarınadək nüfuz etmiş, müqəddəs dəyərlərimizin təşəkkülünə töhfələr vermiş və milli düşüncə tərzimizin ayrılmaz tərkib hissəsi olmuşdur. Əcdadımızın nikbin həyat fəlsəfəsini dolğun nümayiş etdirən bu bayram Uca Tanrının nemətlərinə minnətdarlıq duyğusunun təcəssümü, böyük hikmətlə yaradılmış təbiətin ilahi nizamına ehtiramın təzahürüdür. Yurdumuzun çoxəsrlik mədəni sərvətlər xəzinəsində Novruz şərəfli yer tutur.

Gələcəyə inamımızı sarsılmağa qoymayaraq bizi ümidlərlə yaşadıb daim yolumuzu işıqlandıran Bahar bayramına fikir tariximizin görkəmli nümayəndələri həmişə rəğbət bəsləmişlər. Novruz bayramı azadlıq və istiqlal duyğularımızın ifadəsinə çevrilməklə möhtəşəm yubileyi ərəfəsində olduğumuz Azərbaycan Xalq Cümhuriyyətinin gerçəkləşməsi və XX əsrin sonlarına doğru xalqımızın müstəqil dövlətçilik idealına yenidən qovuşması üçün zəmin hazırlamış milli özünüdərk amillərindəndir.

Qloballaşma dalğasının sürətlə yayıldığı və dəyişikliklərin qaçılmaz şəkil aldığı indiki dövrdə yazın ölkəmizə gəlişinin ənənəvi rəngarəng mərasimlərlə müşayiət olunması milli köklərə bağlılığımızın təntənəsidir. İnsanlığa xas ülvi dəyərləri yaddaşında toplamış bu əziz bayramın cəmiyyətimizin üzvlərinin vahid mənəviyyat ətrafında daha da yaxınlaşması baxımından müstəsna əhəmiyyəti vardır. Novruzun ümumdünya qeyri-maddi mədəni irsinin şah əsərləri sırasına daxil edilməsi qəlbimizi fərəh hissi ilə doldurur.

Ahəngdar və dinamik yüksəlişə müvəffəq olmuş Azərbaycan bu gün sürətli modernləşmə mərhələsindədir. Ölkəmizin dayanıqlı inkişafına yönələn mühüm islahatlar və hər sahədə özünü göstərən davamlı müasirləşmə meyilləri yaz fəslinin qurub-yaratmaq əzmimizi artıran yeniləşdirici ovqatı ilə həmahəngdir. 2018-ci ilin ictimai-siyasi həyatımızda əlamətdar hadisələrlə zənginliyi bayramın Odlar yurduna builki gəlişinə xüsusi məna qazandırır. Əminəm ki, varlığımızdakı tükənməz yenilikçilik ruhu sayəsində ümummilli mənafelər naminə bütün sınaqlardan bundan sonra da alnıaçıq çıxacaq və taleyüklü məsələlərin layiqincə həllinə nail olacağıq.

Baharı azərbaycançılıq məfkurəsi işığında dünyanın müxtəlif guşələrində bizimlə birgə qarşılayan soydaşlarımıza təbriklərimi yetirirəm. Qoy həmrəyliyimizin rəmzi olan bu el bayramı hər evə xoş əhval gətirsin, hər ocağa bol sevinc, ruzi-bərəkət və firavanlıq bəxş eləsin.

Novruz bayramınız mübarək olsun!"


xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
Dövlət Agentliyi 200-dən artıq yol texnikası alıb   
23.07.2018, 11:05

Dövlət Agentliyi 200-dən artıq yol texnikası alıb  

"Milan Politexnik Universitetinə daxil olmağım BANM-da təhsil aldığım 5 ilin uğurlu nəticəsidir"
23.07.2018, 11:00

"Milan Politexnik Universitetinə daxil olmağım BANM-da təhsil aldığım 5 ilin uğurlu nəticəsidir"

700 bal toplayan abituriyent: “Əsl mübarizə bundan sonra başlayır”   
23.07.2018, 11:00

700 bal toplayan abituriyent: “Əsl mübarizə bundan sonra başlayır”  

Deputat ağsaqqal seçicilərini qəbul etdi - FOTOLAR   
23.07.2018, 10:55

Deputat ağsaqqal seçicilərini qəbul etdi - FOTOLAR  

Alman müəllim: “Ən çox cavablandırdığım suallardan biri budur: “Niyə Azərbaycana köçdün?”
23.07.2018, 10:49

Alman müəllim: “Ən çox cavablandırdığım suallardan biri budur: “Niyə Azərbaycana köçdün?”

Lənkəranda hamilə qadın dərman içib öldü
23.07.2018, 10:47

Lənkəranda hamilə qadın dərman içib öldü

Notariusda işləmək istəyənlərin nəzərinə: Sənəd qəbulu elan edildi
23.07.2018, 10:43

Notariusda işləmək istəyənlərin nəzərinə: Sənəd qəbulu elan edildi

Azərbaycan hərbçiləri Moskvaya getdilər
23.07.2018, 10:33

Azərbaycan hərbçiləri Moskvaya getdilər

Baytarlıq Xidmətindən fermerlərlə bağlı ÇAĞIRIŞ
23.07.2018, 10:29

Baytarlıq Xidmətindən fermerlərlə bağlı ÇAĞIRIŞ

İtkin düşmüş 3 yaşlı uşağın axtarışları davam etdirilir
23.07.2018, 10:16

İtkin düşmüş 3 yaşlı uşağın axtarışları davam etdirilir

Son iki günün “yol terroru” - 9 qəza, 5 ölü, 17 yaralı
23.07.2018, 09:54

Son iki günün “yol terroru” - 9 qəza, 5 ölü, 17 yaralı

Tramp İran prezidentini HƏDƏLƏDİ: “Misli görünməmiş əzab çəkəcəksiniz”
23.07.2018, 09:51

Tramp İran prezidentini HƏDƏLƏDİ: “Misli görünməmiş əzab çəkəcəksiniz”

Kanada da atışma: 8 nəfər yaralandı
23.07.2018, 09:46

Kanada da atışma: 8 nəfər yaralandı

Ermənistan atəşkəsi 98 dəfə pozdu
23.07.2018, 09:27

Ermənistan atəşkəsi 98 dəfə pozdu

Bakıda çökmüş yolu bərpa etdilər   
23.07.2018, 09:21

Bakıda çökmüş yolu bərpa etdilər  

Çavuşoğlunun Azərbaycana səfərinin tarixi açıqlanıb
23.07.2018, 09:08

Çavuşoğlunun Azərbaycana səfərinin tarixi açıqlanıb

Bakı Türk Liseyi məzunlarından rekord NƏTİCƏLƏR
23.07.2018, 09:06

Bakı Türk Liseyi məzunlarından rekord NƏTİCƏLƏR

Azərbaycanlının da rol aldığı möhtəşəm film gəlir -“Dəlilər”dən ilk görüntülər -  VİDEO
23.07.2018, 08:59

Azərbaycanlının da rol aldığı möhtəşəm film gəlir -“Dəlilər”dən ilk görüntülər -  VİDEO

“Keçir göz önümdən Ağdamım mənim”   
23.07.2018, 08:42

“Keçir göz önümdən Ağdamım mənim”  

Manat və dolların bugünkü MƏZƏNNƏSİ
23.07.2018, 08:23

Manat və dolların bugünkü MƏZƏNNƏSİ

İsrail ordusu Suriyanı bombaladı
23.07.2018, 00:39

İsrail ordusu Suriyanı bombaladı

Kabildəki hava limanında partlayışı İŞİD törədib
23.07.2018, 00:22

Kabildəki hava limanında partlayışı İŞİD törədib

Azərbaycan atleti Avropa birinciliyinin qalibi oldu
23.07.2018, 00:01

Azərbaycan atleti Avropa birinciliyinin qalibi oldu

Ağdamsız keçən 25 il
23.07.2018, 00:00

Ağdamsız keçən 25 il

Gəncədə təcili tibbi yardım avtomobili qəzaya uğrayıb
22.07.2018, 23:43

Gəncədə təcili tibbi yardım avtomobili qəzaya uğrayıb

Zəlzələdən xəsarət alanların sayı 287 nəfərə çatdı - Yenilənib
22.07.2018, 23:29

Zəlzələdən xəsarət alanların sayı 287 nəfərə çatdı - Yenilənib

Antalyada Azərbaycan şəhidləri abidəsi açılır   
22.07.2018, 23:06

Antalyada Azərbaycan şəhidləri abidəsi açılır  

Meral Akşener istefa verdi
22.07.2018, 22:54

Meral Akşener istefa verdi

Rusiya Ermənistana 200 milyon dollarlıq silah verdi
22.07.2018, 22:33

Rusiya Ermənistana 200 milyon dollarlıq silah verdi

Əzəmət və möhtəşəmlik zirvəsini Ağdam yenə də fəth edəcəkdir...
22.07.2018, 22:19

Əzəmət və möhtəşəmlik zirvəsini Ağdam yenə də fəth edəcəkdir...

Kosmosda dövlət quran azərbaycanlı planlarını açıqladı
22.07.2018, 21:56

Kosmosda dövlət quran azərbaycanlı planlarını açıqladı

Çilidə 5,2 bal gücündə zəlzələ olub
22.07.2018, 21:36

Çilidə 5,2 bal gücündə zəlzələ olub

Güclü yağış Gürcüstanda ciddi fəsadlar törədib
22.07.2018, 21:23

Güclü yağış Gürcüstanda ciddi fəsadlar törədib

Nabranda istirahət mərkəzində 3 yaşlı oğlan İTKİN DÜŞDÜ
22.07.2018, 21:07

Nabranda istirahət mərkəzində 3 yaşlı oğlan İTKİN DÜŞDÜ

Bakıda toyuq qrilini Xatirə İslama 40 manata satılıb - VİDEO
22.07.2018, 20:47

Bakıda toyuq qrilini Xatirə İslama 40 manata satılıb - VİDEO

ARXİV