Modern.az

Milli Məclis hökumətin hesabatını qəbul etdi

Milli Məclis hökumətin hesabatını qəbul etdi

16 Mart 2018, 18:01

Milli Məclis bu gün növbəti plenar iclası keçirilib.

 

Modern.az-ın məlumatına görə, iclasda “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci ildə fəaliyyəti haqqında hesabatı”na baxılıb.

 

Parlamentdə hökumətin 2017-ci ilin yekunlarına dair hesabat məruzəsini baş nazir Artur Rasizadə edib. İclasda çıxış edən 30-a yaxın deputat Nazirlər Kabinetinin son bir illik fəaliyyətini müzakirə edərək, müvafiq təkliflər səsləndiriblər.

 

Daha sonra isə hesabat səsverməyə çıxarılaraq qəbul edilib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir