Modern.az

Binəqədidə daha bir küçə təmir olunur

Binəqədidə daha bir küçə təmir olunur

Aktual

16 Mart 2018, 18:09

Binəqədidə daha bir küçədə əsaslı şəkildə yenidənqurma işləri aparılır.

 

Avtomobil Yolları Dövlət Agentliyindən Modern.az-a verilən məlumata görə, sözügedən küçə1076 metr uzunluğa malik və Xırdalan-Binəqədi-Balaxanı avtomobil yolunu Builəcəri-Binəqədi yolu ilə (4-cü qapı küç.) birləşdirən 4-cü döngə küçəsidir.

Küçədə səth sularının axıdılması üçün nəzərdə tutulan sistemin olmaması, küçə boyu tikilən evlər səbəbindən yağış sularının axınının qarşısının kəsilməsi nəticəsində intensiv yağıntıla zamanı küçə su ilə dolurdu. Bu isə küçə boyu hərəkəti iflic edirdi, üstəlik yol örtüyünü və torpaq yatağını sıradan çıxarırdı.

Küçə ilə normal hərəkətin təmin olunması və sadalanan problemlərin tam olaraq aradan qaldırılması məqsədi ilə Dövlət Agentliyi tərəfindən kompleks tədbirlərə start verildi.

 

Yenidənqurma işləri çərçivəsində yol yatağının yararsız qruntu qazılaraq çıxarılır, əvəzinə 0.8-1 metrhüdürlükdə yararlı qrunt tökülərək kipləşdirmə işləri aparılır və yeni yol yatağı inşa edilir. Bu işlərə paralel olaraq səth sularının kənarlaşdırılması üçün yeni yağış-kanalizasiya sistemi yaradılır, 400 mm diametrində borulardan istifadə edilərək 600 metr uzunluğunda yağış suları xətləri çəkilir, lazımi yerlərə yağış barmaqlıqları quraşdırılır. Bununla yağıntılar zamanı yaşanan problemlərin tam olaraq aradan qaldırılması hədəflənir.

Bundan başqa vətəndaşların yolu kənarı ilə rahat və təhlükəsiz şəraitdə hərəkətini təmin etmək məqsədi ilə yeni piyada səkiləri inşa edilir, kənarlarına 2 min paqon-metrdən çox səki daşları daşları düzülür, yolun hərəkət hissəsinə düşən işıq dirəkləri isə kənarlaşdırılır.

Növbəti mərhələdə yol əsası inşa ediləcək və küçəyə 2 laydan ibarət asfalt-beton örtüyü döşənəcək. Daha sonra zəruri yol nişanları quraşdırılmaqla və yolun üfüqi xətlənməsi işləri görülməklə küçə tam yeni və müasir görkəmdə istifadəyə veriləcək.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!