Modern.az

Ərdoğan: “Türkiyə qoşunları Mənbicə doğru hərəkət edir

Ərdoğan: “Türkiyə qoşunları Mənbicə doğru hərəkət edir”

Aktual

16 Mart 2018, 18:22

Türkiyə Silahlı Qüvvələri Mənbic istiqamətində hərəkət edir.

Modern.az-ın məlumatına görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan edib.

R.T.Ərdoğan bildirib ki, ABŞ Mənbicin azad olunması məsələsində Türkiyəni dəstəkləməyəcək.

 

Prezident onu da deyib ki, ABŞ bu prosesdə Türkiyəni dəstəkləsəydi, regionun terrorçulardan təmizlənməsi daha tez başa çatardı.

“Zeytun budağı” əməliyyatından danışan R.T.Ərdoğan bildirib ki, Türkiyə qoşunları hazırda Suriyanın Afrin rayonunda 1320 kvadrat kilometr əraziyə nəzarət edir.

Qeyd edək ki, martın 13-də Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı Afrinin tam mühasirəyə alındığını elan etmişdi.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi