23 iyul 2018, Bazar ertəsi
Ana Səhifə - GÜNDƏM - Allahşükür Paşazadə Azərbaycan xalqını təbrik edib
Allahşükür Paşazadə Azərbaycan xalqını təbrik edib
16.03.2018, 18:40

 

Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib.

İdarədən Modern.az-a verilən məlumata görə, təbrikdə deyilir:

""Bismillahir-rəhmanir-rəhim! Əziz həmvətənlərim! Sizi xalqımızın qədim, mübarək bayramı – Novruz münasibətilə ürəkdən təbrik edir, hamınıza Allah-Taaladan səadət və rifah, xoş əhval-ruhiyyə və bayram ovqatı diləyirəm.

Novruz ulu tariximizdə özəl yeri və önəmi olan xalq bayramıdır. Yaşadığımız hər an, varlığımız üçün Uca Yaradana həmd-səna edən biz müsəlmanlar Novruz bayramını Allahın böyük Lütfü kimi dəyərləndiririk. Yer üzünə təravət, yeni ab-hava, torpağa yeni həyat bəxş edən Novruz həyatın yenilənməsi, dirçəlişinin rəmzi olub, Ulu Yaradan tərəfindən xəlq olunmuşların ən alisi olan insanın ruhuna təbiətlə vəhdətdə təkamül səadəti yaşadır.

 

Yaradanın lütfü sayəsində bu bayramın dini baxımdan önəm kəsb edən məqamlarla üst-üstə düşməsi Novruzun mübarəkliyi, ülviliyini daha da artırır. Bəşər övladının tövhidə gəlməsində önəmli məqam sayılan, müqəddəs Peyğəmbərimizə ilk vəhyin nazil olduğu təqvimə təsadüf etməsi Novruzun ilahi səciyyəsindən qaynaqlanır. İnsan həyatına yenilik, süfrələrə xeyir-bərəkət bəxş edən el bayramı olan Novruz xalqımızın tarixi yaddaşında özəl yer tutaraq Uca Yaradana məhəbbəti, Onun yaratdıqlarına şükür-sənanı, nemətlərinə təvəkkülü və Onun rizası yolunda xeyirxahlığı təcəssüm etdirir. Bu bayram Vətən övladını xoş əməllərə, nəcib və xeyirxah işlərə sövq edir, qəlbindəki ülvi arzuları dirçəldir.

Allaha çox şükürlər olsun ki, xalqımız ildən-ilə hər Novruza daha böyük inamla qədəm qoyur. Hər yeni Novruz bayramı dövlətimiz və millətimizin uğurlu inkişaf yoluna rəvac verir, Qarabağda qələbəmizə əzmimizi daha da artırır. Bu ilki Novruz ölkəmizin həyatında mühüm məqama – Prezident seçkiləri ərəfəsinə təsadüf edir. Xalqımız firavan sabahının, dinc sabit həyat və tərəqqisinin təminini möhtərəm dövlət başçımız Prezident Ilham Əliyev həzrətlərinin qətiyyət və möhkəm iradə ilə yeritdiyi müdrik dövlət siyasətində görür, bu intibah yolunu ürəkdən dəstəkləyir və onun davamlı olmasını diləyir. Ulu öndərin xeyir-duası ilə başlanmış ali mənəviyyat yolunun, əlhəmdülillah, davam etdiyi, İslam dəyərləri ilə yanaşı ümumbəşəri dəyərlərə ehtiramlı münasibəti ilə seçilən, multikultural ənənələr ölkəsi Azərbaycanda qarşıdakı seçkilər də xeyirlərə vəsilə olacaqdır, inşallah!

Əziz həmvətənlərim! Bu gözəl el bayramı münasibətilə sizi bir daha ürəkdən təbrik edir, hər bir ailəyə səadət, xoş ovqat arzulayıram. Allahdan diləyim budur ki, Öz Böyük Mərhəmət və Kəramətini xalqımızın üzərindən əskik etməsin və bütün ülvi arzularımız, xoş niyyətlərimizin gerçəkləşməsini bizlərə qismət etsin.

Qoy Novruzun qədəmləri mübarək olsun!

 


xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
Dövlət Agentliyi 200-dən artıq yol texnikası alıb   
23.07.2018, 11:05

Dövlət Agentliyi 200-dən artıq yol texnikası alıb  

"Milan Politexnik Universitetinə daxil olmağım BANM-da təhsil aldığım 5 ilin uğurlu nəticəsidir"
23.07.2018, 11:00

"Milan Politexnik Universitetinə daxil olmağım BANM-da təhsil aldığım 5 ilin uğurlu nəticəsidir"

700 bal toplayan abituriyent: “Əsl mübarizə bundan sonra başlayır”   
23.07.2018, 11:00

700 bal toplayan abituriyent: “Əsl mübarizə bundan sonra başlayır”  

Deputat ağsaqqal seçicilərini qəbul etdi - FOTOLAR   
23.07.2018, 10:55

Deputat ağsaqqal seçicilərini qəbul etdi - FOTOLAR  

Alman müəllim: “Ən çox cavablandırdığım suallardan biri budur: “Niyə Azərbaycana köçdün?”
23.07.2018, 10:49

Alman müəllim: “Ən çox cavablandırdığım suallardan biri budur: “Niyə Azərbaycana köçdün?”

Lənkəranda hamilə qadın dərman içib öldü
23.07.2018, 10:47

Lənkəranda hamilə qadın dərman içib öldü

Notariusda işləmək istəyənlərin nəzərinə: Sənəd qəbulu elan edildi
23.07.2018, 10:43

Notariusda işləmək istəyənlərin nəzərinə: Sənəd qəbulu elan edildi

Azərbaycan hərbçiləri Moskvaya getdilər
23.07.2018, 10:33

Azərbaycan hərbçiləri Moskvaya getdilər

Baytarlıq Xidmətindən fermerlərlə bağlı ÇAĞIRIŞ
23.07.2018, 10:29

Baytarlıq Xidmətindən fermerlərlə bağlı ÇAĞIRIŞ

İtkin düşmüş 3 yaşlı uşağın axtarışları davam etdirilir
23.07.2018, 10:16

İtkin düşmüş 3 yaşlı uşağın axtarışları davam etdirilir

Son iki günün “yol terroru” - 9 qəza, 5 ölü, 17 yaralı
23.07.2018, 09:54

Son iki günün “yol terroru” - 9 qəza, 5 ölü, 17 yaralı

Tramp İran prezidentini HƏDƏLƏDİ: “Misli görünməmiş əzab çəkəcəksiniz”
23.07.2018, 09:51

Tramp İran prezidentini HƏDƏLƏDİ: “Misli görünməmiş əzab çəkəcəksiniz”

Kanada da atışma: 8 nəfər yaralandı
23.07.2018, 09:46

Kanada da atışma: 8 nəfər yaralandı

Ermənistan atəşkəsi 98 dəfə pozdu
23.07.2018, 09:27

Ermənistan atəşkəsi 98 dəfə pozdu

Bakıda çökmüş yolu bərpa etdilər   
23.07.2018, 09:21

Bakıda çökmüş yolu bərpa etdilər  

Çavuşoğlunun Azərbaycana səfərinin tarixi açıqlanıb
23.07.2018, 09:08

Çavuşoğlunun Azərbaycana səfərinin tarixi açıqlanıb

Bakı Türk Liseyi məzunlarından rekord NƏTİCƏLƏR
23.07.2018, 09:06

Bakı Türk Liseyi məzunlarından rekord NƏTİCƏLƏR

Azərbaycanlının da rol aldığı möhtəşəm film gəlir -“Dəlilər”dən ilk görüntülər -  VİDEO
23.07.2018, 08:59

Azərbaycanlının da rol aldığı möhtəşəm film gəlir -“Dəlilər”dən ilk görüntülər -  VİDEO

“Keçir göz önümdən Ağdamım mənim”   
23.07.2018, 08:42

“Keçir göz önümdən Ağdamım mənim”  

Manat və dolların bugünkü MƏZƏNNƏSİ
23.07.2018, 08:23

Manat və dolların bugünkü MƏZƏNNƏSİ

İsrail ordusu Suriyanı bombaladı
23.07.2018, 00:39

İsrail ordusu Suriyanı bombaladı

Kabildəki hava limanında partlayışı İŞİD törədib
23.07.2018, 00:22

Kabildəki hava limanında partlayışı İŞİD törədib

Azərbaycan atleti Avropa birinciliyinin qalibi oldu
23.07.2018, 00:01

Azərbaycan atleti Avropa birinciliyinin qalibi oldu

Ağdamsız keçən 25 il
23.07.2018, 00:00

Ağdamsız keçən 25 il

Gəncədə təcili tibbi yardım avtomobili qəzaya uğrayıb
22.07.2018, 23:43

Gəncədə təcili tibbi yardım avtomobili qəzaya uğrayıb

Zəlzələdən xəsarət alanların sayı 287 nəfərə çatdı - Yenilənib
22.07.2018, 23:29

Zəlzələdən xəsarət alanların sayı 287 nəfərə çatdı - Yenilənib

Antalyada Azərbaycan şəhidləri abidəsi açılır   
22.07.2018, 23:06

Antalyada Azərbaycan şəhidləri abidəsi açılır  

Meral Akşener istefa verdi
22.07.2018, 22:54

Meral Akşener istefa verdi

Rusiya Ermənistana 200 milyon dollarlıq silah verdi
22.07.2018, 22:33

Rusiya Ermənistana 200 milyon dollarlıq silah verdi

Əzəmət və möhtəşəmlik zirvəsini Ağdam yenə də fəth edəcəkdir...
22.07.2018, 22:19

Əzəmət və möhtəşəmlik zirvəsini Ağdam yenə də fəth edəcəkdir...

Kosmosda dövlət quran azərbaycanlı planlarını açıqladı
22.07.2018, 21:56

Kosmosda dövlət quran azərbaycanlı planlarını açıqladı

Çilidə 5,2 bal gücündə zəlzələ olub
22.07.2018, 21:36

Çilidə 5,2 bal gücündə zəlzələ olub

Güclü yağış Gürcüstanda ciddi fəsadlar törədib
22.07.2018, 21:23

Güclü yağış Gürcüstanda ciddi fəsadlar törədib

Nabranda istirahət mərkəzində 3 yaşlı oğlan İTKİN DÜŞDÜ
22.07.2018, 21:07

Nabranda istirahət mərkəzində 3 yaşlı oğlan İTKİN DÜŞDÜ

Bakıda toyuq qrilini Xatirə İslama 40 manata satılıb - VİDEO
22.07.2018, 20:47

Bakıda toyuq qrilini Xatirə İslama 40 manata satılıb - VİDEO

ARXİV