Modern.az

Zavodda partlayış, yaralılar var - ALMANİYADA 

Zavodda partlayış, yaralılar var - ALMANİYADA 

16 Mart 2018, 22:20

Almaniyanın Brandenburq federal torpağında silah-sursatın zərərsizləşdirilməsi zavodunda partlayış baş verib.

Modern.az rus mediasına istinadən xəbər verir ki, hadisə nəticəsində 1 nəfər yüngül yaralanıb, daha bir nəfər isə itkin düşmüş sayılır.

İlkin məlumata əsasən, partlayış binalardan birinin bir hissəsini zədələyib.

Müəssisənin ətrafındakı ərazi mühasirəyə alınıb.

"Sueddeutsche Zeitung" qəzetinin verdiyi xəbərə görə, zavodda ən azı bir partlayış baş verib. Onun ardından isə yanğın başlayıb.

Partlayışların təkrarlanmasından ehtiyatlanan xilasdicilər hələlik binaya daxil ola bilmirlər. Zavodun işçiləri iş yerlərini tərk edə biliblər. Yaxınlıqda yerləşən uşaq bağçası da təxliyyə edilib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?