Modern.az

“Kanal24” İsrail-Azərbaycan dostluğunun təcəssümüdürİcraçı direktor 

““Kanal24” İsrail-Azərbaycan dostluğunun təcəssümüdür” - İcraçı direktor 

16 Mart 2018, 22:33

2012-ci ilin mart ayının 16-da fəaliyyətə başlayan internet televiziya yayımını “YouTube” üzərindən edən  “Kanal24”-ün 6 yaşı tamam olur. Modern.az “Kanal24”-ün icraçı direktoru Tural Əhmədovla söhbətləşib.

Müsahibəni təqdim edirik:

 

-  “Kanal24” geridə qalan 6 il ərzində hansı işləri görüb?

 

- 2012-ci il 16 martda internet üzərindən ilk yayımımızı etdik. Yarandığımız gündən bu günə qədər sosial problemlərin işıqlandırılması, ölkədə və dünya abaş verən hadisəslərin obyektiv, operativ şəkildə ictimaiyyətə çatdırılmasını təmin eləmişik. Fəaliyyətimiz dövründə internet televiziyanın Kanal24.az saytı fəaliyyətə başladı. Sayt hal-hazırda 4 dildə – Azərbaycan, ingilis, ivrit və rus dillərində fəaliyyət göstəririr. “Kanal24” İsrail-Azərbaycan dostluğunun təcəssümüdür. İsraildə baş verən hadisələri Azərbaycan auditoriyasına, Azərbaycanda baş verən hadisələri ilə İsrail auditoriyasına çatdırırıq. Bu kanal hər iki xalq arasında dostlu, mədəni əlaqələrin möhkəmləndirilməsinə xidmət edir.

 

- Bildiyimizə görə kanalın direktoru Səadət xanım İsraildə yaşayır, İsraildən sizin kanala dəstək verənlər varmı?

 

- Bizim kanalın direktoru Səadət Şükurovadır, hal-hazırda İsraildə yaşayır, lazım olan dəstəkkləri göstərir. İsrail Azərbaycan dostluğunun möhkəmlənməsinə öz dəstəyini verir. İsraildə Azərbaycan ənənələrinin qorunması, Azərbaycançılıq məfkurəsinin yayılması məqsədilə bir çox tədbirlər keçirir, layihələrə imza atıb.Bu yaxınlarda bizim yeni ofisimizin açılışı oldu, İsrailin Azərbaycandakı səfiri cənab Dan Stav açılış mərasimində iştirak etdi.

 

- Sizin kanalı digər internet televiziyalarından fərqləndirən cəhət nədir?

 

-Bizim kanalı digər internet televiziyalarından fərqləndirən cəhət odur ki, biz baş verən hadisə yerinə operativ olaraq gedirik və ictimaiyətə çatdırırıq. Hal-hazırda sosial problemlərin işıqlandırılmasına üstünlük veririk.  Bizim üçün dövlətçilik prinsipləri önəmlidir, dövlətə sadiq adamlarıq. Bizdə qərəzli material ola bilməz, hər zaman materialı efirə verməmişdən əvvəl qarşı tərəfin də mövqeyini öyrənirik. “Kanal24”-də indiyə qədər kiminsə imicinə zərər verən bir məlumat yayılmayıb. Bizim kanal hal-hazırda Azərbaycanda Youtube üzərindən izlənməyə görə birinci yerdədir, 24 milyon izləmə sayı var, 60mindən çox da abunəmiz var. Bu abunə realdır. Reytinq cədvəlinə baxanda hər gün 150-200çin arası internet istifadəçisi kanalımızı izləyir.

 

- Kanalınızını daha çox hansı ölkələrdən izləyirlər?

 

 

- Hal-hazırda kanalımızı İsrail, Rusiya, Türkiyə, Amerika, ingiltərə,Fransa, Ukrayna və dünyanın digər ölkələrdən izləyirlər.

 

- Kanalın nə qədər əməkdaşı var? Daha çox hansı tipli verilişlərə üstünlük verilir?

 

- İnternet televiziyamızda çalışanlar könüllü əməkdaşlardır. Ümumilikdə 6 əməkdaşımız var. Onların hamısı kanalın inkişafı üçün çalışırlar. Kanalımızda yayımlan populyar proqram var. “Xəbər” proqramı, var, ən çox sevilən “Qürbətdə Vətən” verilişidir. Bu veriliş İsraildə çəkilir və qürbətdə yaşayan soydaşlarımızın  yaşam tərzi, onların hal-hazırkı fəaliyyətləri ilə bağlı auditoriyaya geniş məlumatlar verilir. “Kanal24” deyəndə çoxu elə bilir biz müxalif düşərgənin kanalıdır. Bu çox yanlış yanaşmadı. Bizim ümumiyyətlə müxalif düşərgə ilə əlaqəmiz yoxdur. Heç bir aksiyanı, mənasız etirazları işıqlandırmamışıq. Biz dövlətimizin maraqlarına xidmət etmişik. Bizm üçün dövlətçilik ən öndə olan məsələdir.

 

- Televiziyanın peyk yayımına başlamaq barədə fikirləriniz varmı?

 

- Bizim peyk yayımına başlamaq istəyimiz var. Bunun üçün ölkə başçısına da müraciət etməyi düşünürük. Bu bizim qarşımıza qoyduğumuz hədəflərdən biridir.

 

- Dünyanın bir çox ölkəsində “Kanal24” adlı TV var. Sizin həmin kanallarla hansısa əlaqəniz varmı?

 

- Həmin kanallarla heçbir əlaqəmiz yoxdur. Bizim kanalın tam tam adı Kanal24.az İnternet Televiziyasıdır.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir