Modern.az

Məmmədyarov dünya nəhənginə qalib gəlib, şərikli lider oldu

Məmmədyarov dünya nəhənginə qalib gəlib, şərikli lider oldu

17 Mart 2018, 00:10

Berlində şahmat tacına iddiaçıların turniri davam edir.

Modern.az xəbər verir ki, yarışın V turunda azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarov Vladimir Kramniklə üz-üzə gəlib.

 

Son 4 turda heç-heçə ilə kifayətlənən həmyerlimiz 2-ci pilləyə şəriki olan rusiyalıya qarşı ağ fiqurlarla oynayıb. Fabiano Karuananın bu turda Aleksandr Qrişukla heç-heçə etməsi Məmmədyarova liderliyə şərik olmaq imkanı yaradıb. Gecə saatlarına qədər davam edən görüş həmyerlimizin qələbəsi ilə nəticələnib. Bununla xallarının sayını 4-ə çatdıran Şəhriyar Karuana ilə birlikdə turnir cədvəlinə başçılıq edir.

Turnir cədvəli: Karuana, Məmmədyarov – 4 xal; Kramnik, Dinq, Qrişuk - 3; Aronyan, So – 2,5; Karyakin – 2

Twitter
Sizə yeni tvit var
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub