Modern.az

Əfqanıstanda yenə kamikadze hücumu: 2 ölü, 3 yaralı

Əfqanıstanda yenə kamikadze hücumu: 2 ölü, 3 yaralı

17 Mart 2018, 10:54

Əfqanıstanın paytaxtında daha bir partlayış baş verib. Modern.az-ın məlumatına görə, partlayışı intiharşı-terrorçunun törətdiyi bildirilir.

 

Məlumata görə, partlayış nəticəsində 2 dinc sakin ölüb, daha 3 nəfər yaralanıb.

İnsident paytaxtın Dispiçari rayonunda qeydə alınıb.

Bildirilir ki, intiharçı-terrorçunun məqsədi mühafizə şirkətinin maşınını partlatmaq olub.

Partlayışa görə məsuliyyəti hələ heç kim üzərinə götürməyib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi