Modern.az

Siyəzəndə 3 avtomobil yolu yenidən qurulur

Siyəzəndə 3 avtomobil yolu yenidən qurulur

17 Mart 2018, 13:32

Regionların sosial-iqtisadi inkişafı dövlət proqramına uyğun olaraq respublikanın dörd bir tərəfində bu il reallaşdırılması nəzərdə tutulan 63 kənd və qəsəbələrarası avtomobil yollarının yenidən qurulması layihələri çərçivəsində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən böyük miqyasda tikinti və bərpa işləri aparılır.

 

Agentlikdən Modern.az-a verilən məlumata görə, Siyəzən rayonunda bu çərçivədə ümumi uzunluqları56.6 km olan və 37.3 min əhalinin yaşadığı 14 yaşayış məntəqəsini əhatə edən 3 avtomobil yolunun yenidən qurulması nəzərdə tutulub.

Bu yollardan biri Gilgilçay-Yenikənd-Tuğay-Böyük Həmyə avtomobil yoludur. Uzunluğu 17.1 km olan yol IV texniki dərəcəyə uyğun bərpa edilir.

 

Yolun torpaq və çınqıl örtüklü olması səbəbindən gediş-gəlişlə bağlı daim problemlər yaşandığındanyolun əsaslı şəkildə bərpasına ehtiyac var idi. Bu üzdən yolun yenidən tikintisi 4 yaşayış məntəqəsinin 8 minə yaxın əhalisinin ürəyincə olub.

Hazırda layihəyə uyğun 10 metr enində yeni yol yatağının tikintisi aparılır ki, bunun üçün kənardan xüsusi çınqıl material daşınaraq yola yayılır və kipləşdirmə işləri aparılır. Torpaq işlərinin həcmi 117 min kub m-dir. Tikinti işləri çərçivəsində yolun altından suların ötürülməsini təmin edən mövcud suötürücü dəmir-beton boruların bərpası və təmiri də nəzərdə tutulub.

Dövlət Agentliyinin rəhbərliyinin birbaşa nəzarəti ilə texnoloji ardıcıllıqla həyata keçirilən işlərin davamı olaraq qum-çınqıl qarışığından ibarət yol əsasının tikintisi ardınca isə 2 laydan ibarət asfalt-beton örtüyünün 100 min kv.m-dən artıq sahəyə salınması işləri aparılacaq.

Avtonəqliyyat vasitələrinin normal hərəkətini təmin etmək məqsədi ilə, layihədə yol boyu 119 ədədyol nişanı və 684 ədəd siqnal dirəkləri quraşdırılacaq, 51 km üfüqi nişanlanma xətləri çəkiləcək.

Sözügedən yolun yenidən qurulmasında məqsəd yol boyu yaşayan vətəndaşlarımızın rahat gediş-gəlişi təmin olunsun, həmçinin Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolu vasitəsi ilə respublikamızın istənilən istiqamətinə hərəkət etmək mümkün olsun.

Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin birbaşa nəzarəti altında mövcud olan tikinti norma və qaydalarına uyğun yeksək keyfiyyətlə aparılan yenidənqurma işlərinin tərtib olunmuş qrafikə uyğun yekunlaşdırılması üçün tikinti ərazilərinə lazımi sayda canlı qüvvə və texnika cəlb olunub.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?