Modern.az

Azərbaycan gimnastı Dünya Kubokunda gümüş medal qazandı

Azərbaycan gimnastı Dünya Kubokunda gümüş medal qazandı

Aktual

17 Mart 2018, 13:49

Azərbaycan gimnastı Marina Nekrasova Bakıda Milli Gimnastika Arenasında keçirilən idman gimnastikası üzrə Dünya Kubokunda gümüş medal qazanıb.

 

Modern.az-ın məlumatına görə, təmsilçimiz dayaqlı tullanma hərəkətində 14.216 balla ikinci, digər idmançımız Yuliya İnşina isə 4-cü (13.466) olub.

Özbəkistan gimnastı Oksana Çusovitina 14.300 balla birinci, slovakiyalı Tyasa Kisselef isə 3-cü (13.833) yeri tutub.

Qeyd edək ki, bu gün keçirilən final mərhələsində Azərbaycanı müxtəlif hündürlüklü qollarda Marina Nekrasova, Mariya Smirnova, dayaqlı tullanmada isə Yuliya İnşina və Marina Nekrasova təmsil edirlər.

 

Bakıda 3-cü ildir ki, təşkil olunan bu turnirə 25 ölkədən 102 idmançı qatılıb.

Dünya Kuboku martın 18-dək davam edəcək.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür