Modern.az

Ucarda 2 avtomobil toqquşub, üç nəfər xəsarət alıb

Ucarda 2 avtomobil toqquşub, üç nəfər xəsarət alıb

17 Mart 2018, 15:19

Ucarda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. 

APA-nın yerli bürosunun xəbərinə görə,  hadisə bu gün gündüz saatlarında Ucar-Zərdab yolunun Ucar rayonunun Qarabörk kəndindən keçən hissəsində qeydə alınıb.

 

Ucarın Qazyan kənd sakini, 1973-cü il təvəllüdlü Etibar Musa oğlu Əhədovun idarə etdiyi "VAZ-2107" markalı maşınla rayonun Lək kənd sakini, 1973-cü il təvəllüdlü Elxan Zülfi oğlu Əliyevin idarə etdiyi "Hyundai" markalı avtomobilin toqquşması nəticədə hər iki sürücü və “VAZ” markalı maşında olan sərnişin, 1972-ci il təvəllüdlü Fəttah Hüseyn oğlu Ağayev müxtəlif xəsarətlər alaraq, Ucar Mərkəzi Rayon Xəstəxanasının cərrahiyə şöbəsinə yerləşdiriliblər. Faktla bağlı araşdırma aparılır.  

 

Whatsapp
Bizə yazın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?