Modern.az

Qəbiristanlıqdan oğurluq edənlər saxlanıldı

Qəbiristanlıqdan oğurluq edənlər saxlanıldı

17 Mart 2018, 16:30

Sabirabad Rayon Polis Şöbəsinə rayonun Kürkəndi kəndi ərazisindəki qəbiristanlıqda qəbirlərin kənarına quraşdırılan alüminiumdan olan çəpərlərin bəzək əşyalarının oğurlanması barədə müraciət daxil olub.

DİN-dən Modern.az-a verilən məlumata görə, polis əməkdaşları tərəfindən müvafiq tədbirlər görülüb və keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində bu cinayət əməlini törətməkdə şübhəli bilinən 3 nəfər qısa müddətdə müəyyən edilərək saxlanılıb.

 

Araşdırmalarla onların Sabirabad şəhər sakinləri, əvvəllər məhkum olunmuşlar - Mircabbar Miriyev, Yusif Əzizov və Əli Şirinov olduqları müəyyən edilib.

Faktla bağlı Rayon Polis Şöbəsində araşdırma aparılır.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər