Modern.az

Kompüterləri ən tez sıradan çıxan istehsalçılar - Siyahı

Kompüterləri ən tez sıradan çıxan istehsalçılar - Siyahı

17 Mart 2018, 17:04

“Rescuecom” şirkəti servis mərkəzlərinin nümayəndələri ilə söhbətlər nəticəsində əldə olunan məlumatların tədqiqatını apararaq kompüterləri tez sıradan çıxan şirkətləri müəyyənləşdirib.

 

“Qafqazinfo” ICTnews-a istinadən xəbər verir ki, birinci yeri 37,3 faiz göstərici ilə “HP” şirkəti tutub.

Bu istehsalçının qurğularından yararlanan hər üçüncü istifadəçi sistemin işində yaranan problemlərlə rastlaşa bilər. İkinci sırada 22,4 faiz göstərici ilə “Dell” istehsalçısı, üçüncü pillədə isə 7,3 faizlə “Lenovo” şirkəti qərarlaşıb.

Sonrakı pillələrdə 5 faiz nəticə ilə “ASUS” və “Acer” (4,9 faiz) istehsalçıları yer alıb.

 

Reytinqdə ən yaxşı istehsalçılar üçlüyünə “Apple”, “Samsung” və “Microsoft” şirkətləri daxildir.

Ən etibarlı məhsullar kimi “Microsoft” korporasiyasının “Windows 10” sistemli kompüterləri və “Apple” qurğuları qeyd olunur.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub