Modern.az

MSK prezidentliyə daha bir namizədi qeydə almadı

MSK prezidentliyə daha bir namizədi qeydə almadı

Hadisə

17 Mart 2018, 17:23

Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında Azərbaycan Prezidentliyinə namizədliyi Vətəndaş və İnkişaf Partiyası (VİP) tərəfindən irəli sürülən Əli Əliyevin, prezidentliyə namizədliyini öz təşəbbüsü ilə irəli sürən Tural Abbaslının, prezidentliyə namizədliyi Azərbaycan Demokrat Partiyası tərəfindən irəli sürülən Sərdar Məmmədovun namizədliyinin qeydə alınması məsələsinə baxılıb.

 

Modern.az-ın məlumatına görə, namizədlərlə bağlı MSK katibi Arifə Muxtarova məlumat verib.

O bildirib ki, həmin şəxslər imza vərəqələrini, namizədin qeydə alınması üçün zəruri seçki sənədlərini MSK-ya təqdim ediblər.

Azərbaycan Demokrat Partiyası tərəfindən namizədliyi irəli sürülən S.Məmmədovun namizədliyinin qeydə alınması məsələsi səsverməyə çıxarılaraq qəbul edilib.

Prezidentliyə namizədliyi öz təşəbbüsü ilə irəli sürülən Tural Abbaslı müəyyən nöqsanlara yol verdiyi üçün onun namizədliyi qeydə alınmayıb.

Vətəndaş və İnkişaf Partiyası (VİP) tərəfindən namizədliyi irəli sürülən Əli Əliyevin də namizədliyi qeydə alınmayıb

 

 

 

 

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi