Modern.az

Prezident seçkilərində bu namizədlər mübarizə aparacaq - YEKUN SİYAHI

Prezident seçkilərində bu namizədlər mübarizə aparacaq - YEKUN SİYAHI

Ölkə

17 Mart 2018, 17:35

Bu gün prezidentliyə namizədliyinin irəli sürülməsi Mərkəzi Seçki Komissiyası tərəfindən təsdiqlənmiş bütün iddiaçılarla bağlı qərar verilib. Bununla da  namizədlərin qeydə alınması prosesi başa çatıb.  Komissiya onlardan səkkizinin namizədliyini qeydə alıb.

 

Modern.az-ın məlumatına görə, prezidentliyə namizədliyi qeydə alınan 8 namizəd aşağıdakılardır.

 

Azərbaycan prezidenti İlham Əliyev -  namizədliyi hakim Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülüb;

Milli Məclisin deputatı Qüdrət Həsənquliyev - namizədliyi Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası tərəfindən irəli sürülüb;

Milli Məclisin deputatı Araz Əlizadə - namizədliyi Azərbaycan Sosial Demokrat Partiyası tərəfindən irəli sürülüb;

 

Milli Məclisin deputatı Fərəc Quliyev -  namizədliyi Milli Dirçəliş Hərəkatı Partiyası tərəfindən irəli sürülüb;

Milli Məclisin deputatı Zahid Oruc - öz təşəbbüsü ilə namizədliyini irəli sürülüb; 

 

Razi Nurullayev - namizədliyi “Cəbhəçilərin təşəbbüs qrupu” tərəfindən irəli sürülüb;

Hafiz Hacıyev -  namizədliyi Müasir Müsavat Partiyası tərəfindən irəli sürülüb;

Sərdar Məmmədov - Azərbaycan Demokrat Partiyası tərəfindən irəli sürüüb.

 

Qeyd edək ki, MSK 15 nəfərin namizədliyinin irəli sürülməsini təsdiqləyib. Onlardan 8-nin isə prezidentliyə namizədliyi qeydə alınıb.

Xatırladaq ki, Azərbaycanda prezident seçkiləri bu il aprelin 11-nə təyin edilib.

 

 

 

 

 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir