Modern.az

Prezident seçkilərini 115 beynəlxalq müşahidəçi izləyəcək

Prezident seçkilərini 115 beynəlxalq müşahidəçi izləyəcək

Aktual

17 Mart 2018, 17:44

Mərkəzi Seçki Komissiyasında (MSK) 115 beynəlxalq müşahidəçi akkreditasiyadan keçib.

Modern.az məlumatına görə, bunu MSK sədri Məzahir Pənahov komissiyanın bu gün keçirilən iclasında deyib.

 

Onun sözlərinə görə, akkreditasiyadan keçən müşahidəçilər 36 ölkəni təmsil edir.

M.Pənahov qeyd edib ki, MSK-da akkreditasiyadan keçən yerli müşahidəçilərin sayı 615-dir.

O bildirib ki, ölkə üzrə akkreditasiyadan keçən müşahidəçilərin sayı isə 42 mindən artıqdır.

Qeyd edək ki, Azərbaycanda aprelin 11-nə təyin edilmiş prezident seçkilərində 8 nəfərin namizədliyi qeydə alınıb.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir