Modern.az

İstanbulda AZAL-a məxsus təyyarədə nasazlıq baş verib

İstanbulda AZAL-a məxsus təyyarədə nasazlıq baş verib

17 Mart 2018, 17:57

İstanbulun “Atatürk” Hava Limanında "Azərbaycan Hava Yolları" QSC-yə (AZAL) məxsus “Boeing 767-300” təyyarəsində nasazlıq baş verib.

“Report” xəbər verir ki, hadisə ekipaj üzvünün təxliyə avadanlığını səhvən açması nəticəsində olub.

Təyyarə Bakı-İstanbul reysi ilə uçurmuş. Hadisə yerinə xilasedicilər cəlb edilib. Xəsarət alan olmayıb və bütün sərnişinlər təyyarədən düşürülüb.

 

AZAL-ın mətbuat xidmətinin rəhbəri Paşa Kəsımənski isə sayta bildirib ki, təyyarənin ehtiyat trapının ağzı açılıb, ondan sonra bağlanılıb və sərnişinlər normal şəkildə avialayneri tərk ediblər: "Yaranmış problem aradan qaldırıldıqdan sonra təyyarə Bakıya qayıdacaq".

 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər