Modern.az

Onlar uşaqları sevindirdilər

Onlar uşaqları sevindirdilər

17 Mart 2018, 22:50

16 martda millət vəkili, professor Eldar Quliyevin təşəbbüsü ilə "Azərittifaq"a tabe olan Azərbaycan Kooperasiya Universiteti və Bakı Biznes və Kooperasiya Kollecinin əməkdaşları, tələbələri Novruz bayramı ilə əlaqədar xeyriyyə məqsədilə Maştağa qəsəbəsində yerləşən 1 nömrəli Uşaq Somatik Sanatoriyasını ziyarət ediblər.

 

Sanatoriyada uşaqlar üçün böyük konsert proqramı təşkil edilib və onlara bayram sovqatı hədiyyə olunub.

 

Bakı Biznes və Kooperasiya Kollecinin direktoru Fatimə xanım Quliyeva uşaqları və tədbir iştirakçılarını Novruz bayramı münasibətilə təbrik edib, onlara millət vəkili Eldar Quliyevin salam və təbriklərini çatdırıb.

 

Daha sonra sanatoriya sakinləri olan uşaqlar üçün incəsənət xadimlərinin iştirakı ilə konsert proqramı təşkil edilib və olduqca maraqlı şou-proqramlar nümayiş etdirilib.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
BAKI TƏSDİQLƏDİ - Sülhməramlılar Qarabağdan belə çıxarıldı