Modern.az

Leyla Əliyeva və Sevinc Tofiqqızından mərhəmətə çağıran möhtəşəm əsər – “Mama, ne uxodi!” - FOTOLAR

Leyla Əliyeva və Sevinc Tofiqqızından mərhəmətə çağıran möhtəşəm əsər – “Mama, ne uxodi!” - FOTOLAR

Mədəni̇yyət

17 Mart 2018, 22:56

Leyla Əliyeva və Sevinc Tofiqqızından mərhəmətə çağıran möhtəşəm əsər – “Mama, ne uxodi!” - FOTOLAR

Dünyanın həmişə mərhəmətə, sülhə, həssas hisslərə ehtiyacı duyulub. Xüsusilə də, müharibələrin və münaqişələrin insan həyatına etdiyi zülmlərdən, təcavüzlərdən, günahsızların qurban verilməsindən qurtulmaq üçün buna daha böyük ehtiyac hiss olunur. Həmçinin, kimsəsiz insanlara, xüsusilə uşaqlara qayğı göstərmək, kiminsə yarasına məlhəm olmaq ən azı hər bir kəsin mənəvi borcu olmalıdır.

Nə xoş ki, müasir Azərbaycan cəmiyyətində bu məsələlərə önəm verən insanlarımız az deyil.

Martın 17-də “Dalğa” Plazada Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın “Mama, ne uxodi!” (“Ana getmə”) şerinə bəstəkar Sevinc Tofiqqızının bəstələdiyi kompozisiyanın və klipin təqdimatı keçirilib. Əsərin yaranması da, məhz sülhün, mərhəmətin, insanlıq naminə ödəniləcək mənəvi borcun təcəssümü xarakterini daşıyıb. 

Təqdimat mərasimində iştirak edən kütləvi informasiya vasitələri, ictimaiyyət nümayəndələri öz çıxışlarında dövlətimimzin, o cümlədən Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın uşaqlara, xüsusilə, xəstə və kimsəsizlərə diqqət və qayğısından söhbət açıblar, onlar bu səpkidə olan əsərlərin bu günümüz üçün zəruri olduğunu vurğulayıblar.

Qeyd edək ki, Leyla Əliyevanın sözlərinə Sevinc Tofiqqızının bəstələdiyi “Mama, ne uxodi” kompozisiyasını Azəri İncilər Vokal qrupu təqdim edib.

İlham Cəmiloğlu  

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir