Modern.az

İstanbul derbisində qolsuz heç-heçə - "Qalatasaray" zirvədə qaldı

İstanbul derbisində qolsuz heç-heçə - "Qalatasaray" zirvədə qaldı

Aktual

17 Mart 2018, 23:09

Türkiyə Superliqasında XXVI turun oyunları 3 gün ərzində keçiriləcək. Apasport.az saytının məlumatına görə, ilk gündə baş tutan iki qarşılaşmada atsayder komandalar üz-üzə gəliblər.

 

"Antalyaspor" və "Osmanlıspor" səfərdə müvafiq olaraq "Kasımpaşa" ilə "Karabükspor" üzərində qələbə qazanıb.

 

 

Azarkeşlər bu turda iki mərkəzi matça şahidlik edəcəklər. İlk olaraq əzəli rəqiblər “Fənərbaxça” ilə “Qalatasaray” münasibətlərinə aydınlıq gətirəcəklər. “Sarı-lacivərdlilər” doğma azarkeşləri önündə qalib gələrək fərqi 3 xala endirmək niyyətindədisə, “cim-bom” “Şükrü Saraçoğlu” sindromunu qırıb, rəqibini çempionluq mübarizəsindən uzaqlaşdırmağa çalışacaq.

 

Bazar günü isə eyni xalla lider “Qalatasaray”ı izləyən “Başakşəhər”lə “Beşiktaş” qarşılaşacaq. Bu görüşdə qalib gələn tərəf turnir cədvəlində rəqibinin önünə keçəcək.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür