Modern.az

Türkiyədə 300 mindən çox  suriyalı uşaq doğulub

Türkiyədə 300 mindən çox  suriyalı uşaq doğulub

18 Mart 2018, 00:22

Türkiyədə Suriya böhranı başladığı gündən bəri 300 mindən çox suriyalı körpə dünyaya gəlib. Bu göstərici bir çox şəhərimizin əhalisindən çoxdur.

Modern.az  xəbər verir ki, bu sözləri Təbii Fəlakət və Fövqəladə Hallar İdarəsinin (AFAD) hümanitar yardım fəaliyyətləri haqqında danışan Məhməd Güllüoğlu deyib.

Türkiyədə 3 milyon yarımdan çox suriyalının yaşadığını qeyd edən Güllüoğlu Türkiyənin 10 vilayətində əksəriyyəti suriyalı olmaqla, 230 mindən çox sığınacaq axtaran insanların olduğunu bildirib. (Axar.az)

Whatsapp
Bizə yazın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?