Modern.az

Ötən il  573 şəxs Azərbaycan  vətəndaşlığına qəbul edilib 

Ötən il  573 şəxs Azərbaycan  vətəndaşlığına qəbul edilib 

Aktual

18 Mart 2018, 00:51
Keçən il 27 min 88 nəfərin Azərbaycan vətəndaşlığına mənsubiyyəti tanınıb

Vətəndaşsızlıq halları ilə mübarizə sahəsində məlumatlılığın artırılması istiqamətində və belə şəxslərin hüquqi statusunun müəyyənləşdirilməsi zamanı yaranan problemlərin, o cümlədən onların hüquqlarının səmərəli müdafiəsi naminə əməkdaşlığın gücləndirilməsi əqsədilə Azərbaycan Respublikasının qoşulduğu BMT-nin Qaçqınlar üzrə Ali komissarlığının “10 ilə vətəndaşsızlığa son” kampaniyası çərçivəsində cidiid nəticələr əldə edilməkdədir.

 

Modern.az xəbər verir ki,  Dövlət Miqrasiya Xidmətinin rəisi Firudin Nəbiyev bunu "Xalq" qəzetində  "Qloballaşan dünyada miqrasiya" başlıqlı məqaləsində yazıb.

 

F. Nəbiyev Dövlət Miqrasiya Xidmətinin yaradılmasının 11-ci ildönümü ilə bağlı yazdığı məqaləsində qeyd edib ki, təkcə 2017-ci il ərzində 31 min 690 şəxsin vətəndaşlıq mənsubiyyəti araşdırılıb və 27 min 88 nəfərin Azərbaycan vətəndaşlığına mənsubiyyəti tanınıb. Ötən il 573 şəxs vətəndaşlığa qəbul, 10 nəfər isə vətəndaşlığa bərpa edilib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!