Modern.az

Türkiyə Silahlı Qüvvələri Afrin mərkəzinə doğru hərəkətə başlayıb

Türkiyə Silahlı Qüvvələri Afrin mərkəzinə doğru hərəkətə başlayıb

Aktual

18 Mart 2018, 10:59

Türkiyə Silahlı Qüvvələrinin həyata keçirdiyi “ Zeytun Budağı” əməliyyatı çərçivəsində Afrinin mərkəzinə doğru hərəkətə başlanılıb.

 

Modern.az-ın Türkiyə KİV-lərinə istinadla verdiyi xəbərə görə, ASO qüvvələri bu gün səhər saatlarında şəhərin PKK/YPG terrorçularından təmizlənməsi məqsədi ilə Afrinə şəhərin cənub-şərqindən daxil olmağa başlayıb.

 

ASO qüvvələrinin irəliləyişi davam edərkən, şəhər mərkəzindən tez-tez silah və partlayış səsləri eşidilir. Bundan başqa, Türk döyüş təyyarələrinində Afrin səmasında uçduğu müşahidə edilir.

 

Xatırladaq ki, yanvarın 20-də Türkiyə Silahlı Qüvvələri Suriyanın Afrin bölgəsində PYD, YPG və İŞİD terrorçularına qarşı əməliyyata başlayıb. "Zeytun budağı" adı altında keçirilən əməliyyatlara Türkiyə Hərbi Hava Qüvvələrinin "F-16" təyyarələri də cəlb olunub.

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı