Modern.az

Trampın yeni hədəfi Federal Təhqiqatlar Bürosu: Fövqəladə toplantı ÇAĞIRILDI

Trampın yeni hədəfi Federal Təhqiqatlar Bürosu: Fövqəladə toplantı ÇAĞIRILDI

18 Mart 2018, 11:10

Amerika mətbuatında yayılan xəbərlərə görə, Federal Təhqiqatlar Bürosunun (FTB) sabiq direktor müavini Andrey Makabe 2016-cı ildə reallaşan prezident seçkilərinə Rusiyanın müdaxilə etdiyi iddiaları ilə  bağlı araşdırma aparıb və ABŞ prezidenti Donald Trampla söhbəti zamanı  qeydlərini ona çatdırıb. Həmin qeydlərə görə, prezidentin ədalətli seçimi əngəllədiyi ilə əlaqəli iddialar dəstəklənəcəkdi.

 

Modern.az saytı xarici KİV-ə istinadən xəbər verir ki, məhz bu araşdırma səbəbindən , FTB-nin sabiq direktor müavini Andrey Makabe təqaüdünə 2 gün qalmış işindən uzaqlaşdırıldı. ABŞ prezidenti Tramp onu yanlışlıqla ittiham edərək  Rusiya istintaqını "cadugər ovu" kimi rədd etdi.

Andrey Makabe Rusiyanın ABŞ-dakı seçkilərə müdaxilə etdiyini demiş və Hillari Klinton haqqında araşdırmalar aparmışdı. Onun qovulmasını Tramp böyük sevinclə qarşılayıb və Demokratiya üçün əla bir gün kimi dəyərləndirib.

Digər tərəfdən Amerika Birləşmiş Ştatlarının senatoru Patrik LeahyAndrey Makabenin qovulmasından sonra prezident Trampın FTB-ni hədəf aldığını bildirərəkkomitəni fövqəladə toplantı keçirməyə çağırıb. O, komitəyə müraciətində bildirib ki, Tramp Federal Təhqiqatlar Bürosunu “siyasi vasitə”yə çevirib:

“Prezident Donald Tramp FTB-ni hədəf alıb. Qorxuram ki, FTB-yə və daha geniş anlamda ölkəmizin digər qurumlarına zərər gələcək. Hazırkı vəziyyət bütün böhranlardan daha önəmlidir və buna görə də təcili addım atmalıyıq”.

Federal Təhqiqatlar Bürosu hələki fövqəladə toplantının nə zaman keçiriləcəyini açıqlamayıb.

Xatırladaq ki, buTramp gələndən bəri FTB daxilində ikinci qovulma hadisəsidir. 9 may 2017-ci ildə FTB-nin rəhbəri Komeydə Tramp tərəfindən qovulmuşdu.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər