Modern.az

Putin prezident seçkisində səs verdi

Putin prezident seçkisində səs verdi

18 Mart 2018, 12:10

Rusiya Prezidenti Vladimir Putin ölkədə keçirilən prezident seçkisində səs verib.

 

Modern.az saytı xarici KİV-ə istinadən xəbər verir ki, prezident Rusiya Elmlər Akademiyasında yerləşən 2151-ci seçki məntəqəsində səs verib.

 

Qeyd edək ki, Rusiyada dünəndən etibarən prezident seçkiləri üzrə səsverməyə start verilib. Seçki məntəqələri ilk olaraq Çukot Muxtar Dairəsi və Kamçatka diyarında açılıb.

 

Ümumilikdə 97 mindən çox seçki məntəqəsi açılıb, onlardan 400-dən çoxu xaricdədir. Səsvermə prosedurunu dünyanın 109 ölkəsindən təqribən 1500 beynəlxalq müşahidəçi izləyəcək.

 

Rusiya prezidenti postuna 8 namizəd iddialıdır.

 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı