Modern.az

Moskvada zərgərlik mağazasından oğurluq edən iki Azərbaycan vətəndaşı tutulub

Moskvada zərgərlik mağazasından oğurluq edən iki Azərbaycan vətəndaşı tutulub

18 Mart 2018, 14:29

Moskvanın şimalında zərgərlik mağazasından 882 min 431 min dollar məbləğində qızıl-zinət əşyası oğurlamaqda şübhəli bilinən şəxslər yaxalanıb.

 

Modern.az-ın “Report”a istinadən məlumatına görə, TASS hüquq-mühafizə orqanlarındakı mənbəyə istinadən xəbər verir ki, bunlar Azərbaycan vətəndaşlarıdırlar.

 

"Hazırda iki şübhəli saxlanılıb, onların hər ikisi Azərbaycan vətəndaşıdır. Dəstənin digər üzvləri axtarılır", - deyə həmsöhbət əlavə edib.

Martın 15-i axşam naməlum şəxslər Moskvanın Leninqrad prospektində yerləşən zərgərlik mağazasını qarət ediblər. Onlar mağaza işçilərini təhdid edərək vitrinləri qırıblar və 50 milyon rubl dəyərində (882 min 431 ABŞ dolları) qızıl-zinət əşyaları götürərək oradan uzaqlaşıblar.

 

Faktla bağlı quldurluq maddəsi üzrə cinayət işi qaldırılıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir