Aprelin əvvəllərindən etibarən 7 və 8 fevral 2018-ci il tarixlərində elan edilmiş inzibati icraçı (B növ) vəzifələr üzrə dövlət qulluğuna qəbul üçün qeydiyyatdan keçmiş namizədlərlə müsahibələrin keçirilməsi nəzərdə tutulur
Dövlət İmtahan Mərkəzindən (DİM) Modern.az-a verilən məlumata görə, 7 fevral 2018-ci ildə elan edilmiş müsahibəyə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi üzrə inzibati vəzifələrin 6-7-ci təsnifatlarına uyğun olan 518 vakant inzibati icraçı vəzifə (BB qrupu) təqdim olunub. 8 fevral 2018-ci ildə elan edilmiş müsahibəyə isə mərkəzi icra hakimiyyəti və məhkəmə hakimiyyəti orqanlarında ümumilikdə 11 dövlət orqanında inzibati vəzifələrin 5-7-ci təsnifatlarına uyğun olan 192 vakant icraçı vəzifə (BA və BB vəzifə qrupları üzrə) təqdim olunub.
Müsabiqənin müsahibə mərhələsi üzrə qeydiyyat bir ay davam edib. Qeydiyyatla bağlı bəzi statistik məlumatları təqdim edirik.
7 fevral tarixində elan olunmuş müsahibədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi üzrə 518 vakant inzibati icraçı vəzifəsinə (BB qrupu) 1375 müraciət qeydə alınıb. 1 yerə düşən ərizələrin orta sayı 2.65-dir. Lakin 160 vakant vəzifə üzrə heç bir müraciət qeydə alınmayıb. Rayonlarda olan vakant vəzifələr üzrə işləmək istəyənlərin sayı aşağıdır. Müraciət edənlər əsasən Bakı şəhərində yerləşən struktur bölmələr üzrə qeydiyyatdan keçiblər.
Ən yüksək müsabiqə vəziyyəti Dövlət Sosial Müdafiə Fondu, Yasamal rayon şöbəsi, Sosial xidmət sektoru, aparıcı məsləhətçi (1 yerə 42 namizəd), Dövlət Sosial Müdafiə Fondu, Binəqədi rayon şöbəsi, Sosial sığorta sektoru məsləhətçi (1 yerə 35 namizəd), Dövlət Məşğulluq Xidməti, Yasamal rayon Məşğulluq Mərkəzi, Aktiv məşğulluq tədbirləri sektoru aparıcı məsləhətçi (1 yerə 35 namizəd), Dövlət Məşğulluq Xidməti, Nizami rayon Məşğulluq Mərkəzi, İşaxtaran və işsiz vətəndaşların sosial müdafiəsi sektoru məsləhətçi (1 yerə 32 namizəd), Dövlət Məşğulluq Xidməti, Səbail rayon Məşğulluq Mərkəzi, Aktiv məşğulluq tədbirləri sektoru məsləhətçi (1 yerə 30 namizəd), Dövlət Məşğulluq Xidməti, Nəsimi rayon Məşğulluq Mərkəzi, İşaxtaran və işsiz vətəndaşların sosial müdafiəsi sektoru məsləhətçi (1 yerə 30 namizəd) vəzifəsi üzrə formalaşıb.
8 fevral tarixində elan edilmiş müsahibədə isə 11 dövlət orqanında 192 vakant icraçı vəzifə üzrə 774 müraciət qeydə alınıb. Orqanlar arasında ən yüksək müsabiqə vəziyyəti Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində yaranıb. Təqdim olunan 3 vakant yerə 62 müraciət var. Ən çox müraciət qeydə alınan dövlət orqanı isə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyidir (73 vakant yerə 396 müraciət). Lerik Rayon Məhkəməsi üzrə isə təqdim olunan vakansiyalar üçün heç bir müraciət qeydə alınmayıb. Ümumiyyətlə statistika göstərir ki, məhkəmə orqanları tətəfindən rayon-şəhər məhkəmələrində hakim köməkçisi, məhkəmə iclasının katibi və s. vəzifələr üzrə vakansiyalar daha çox təqdim edilmişdir. Qeyd olunan vəzifələrin tutulması üçün staja dair tələb müəyyən edilməməsinə, eləcə də digər şərtlərin daha sadə olmasına baxmayaraq həmin vəzifələr üzrə müraciət edən namizədlərin sayı gözləniləndən az olub.
Yeni müsahibə elanları zamanı bu vəzifələr üzrə, xüsusilə regionlarda yerləşən rayon-şəhər məhkəmələrində daha çox vakant yerlər təqdim olunacaq və gələcək potensial namizədlərə tövsiyə olunur ki, həmin vakansiyaların müsahibələrində iştirak etmək üçün müraciət etsinlər.
Bundan əlavə, müşahidələr göstərir ki, bəzən namizədlər eyni təsnifat, eyni maaş və eyni tələblər olan iki vəzifədən birinə üstünlük verirlər və kütləvi şəkildə həmin vəzifə üzrə qeydiyyatdan keçirlər. Halbuki hər iki vəzifədə tələblər və şərtlər eyni olur. Bu isə bir vəzifə üzrə yüksək, digəri vəzifə üzrə isə daha aşağı müsabiqə vəziyyətinin yaranmasına səbəb olur.
Müsahibələrin aprel ayının əvvəllərindən etibarən keçirilməsi nəzərdə tutulur. Müsahibələrin keçirilmə qrafiki dövlət orqanları ilə razılaşdırıldıqdan sonra yaxın günlərdə elan olunacaqdır. Hər bir namizəd müsahibə yeri, tarixi və saatı ilə tanış ola biləcəkdir. Müsahibələr Bakı şəhəri ilə yanaşı namizədlərin rahatlığının təmin edilməsi üçün DİM-in Gəncə, Şəki, Şirvan, Göyçay, Lənkəran, Bərdə, Xaçmaz regional bölmələrində də təşkil ediləcəkdir.
Müsahibə elanları, müsabiqə vəziyyəti, müsabiqəyə təqdim olunmuş vakant vəzifələr üzrə vəzifə təlimatları, müsahibə proqramları ilə ətraflı olaraq Mərkəzin internet portalında tanış ola bilərsiniz. Ümumiyyətlə hesab edirik ki, bu statistik göstəricilər nəinki namizədlər üçün, eləcə də müxtəlif sosial tədqiqatlar aparan mütəxəssislər, araşdırmaçı jurnalistlər və s. üçün də maraqlı ola biləcək məlumatlardır.
DİM ictimaiyyətin hərtərəfli məlumatlandırılmasına, şəffaflığın təmin edilməsinə, habelə görülən işlərlə bağlı ictimai nəzarətin təşkilinə daim önəm verdiyi üçün Mərkəz tərəfindən keçirilən bütün tədbirlər, eləcə də müsahibələrin nəticələri, müxtəlif statistik göstəricilər, müsabiqə vəziyyəti və s. ilə bağlı zəruri məlumatları hər gün internet saytı vasitəsilə təqdim edir. Namizədlər onlar üçün yaradılan bu imkanlardan maksimum dərəcədə istifadə etməlidirlər. Mərkəz tərəfindən namizədlərin imtahan verməsi, öz bilik və bacarıqlarına uyğun işlə təmin olunması üçün tələb olunan zəruri şərait yaradılıb.
ABŞ-da ən yaşlı məhkumu edam etdilər
Lavrov: “Putin Trampla görüşə hazırdı”
Əmanətlərin Sığortalanması Fondundan bu bankın kreditorlarına MÜRACİƏT
Bakıda “Təhlükəsizlik ayı”na start verildi
Jurnalistikanın magistraturasına qəbul olunmaq istəyən bakalavrlara XƏBƏRDARLIQ
Azərbaycanda toz-dumanın miqdarı normaya düşüb
Generallar Bakıda razılığa gəldilər: NATO-dan BƏYANAT
Cəbhəboyu erməni TƏXRİBATI - şiddətli atışma oldu
Axtarışda olan 30 nəfər tutulub
Bakıda ağır qəza: sürücü öldü
Ömürlük məhkumun ANASI: “Həbsxana işçiləri də deyirlər ki, hər dəfə Şakirlə danışanda məəttəl qalırlar…” - MÜSAHİBƏ
ABŞ Senatı NASA-nın yeni direktorunu təsdiqlədi
Həkim səhvinin qurbanı olan məşhur aktrisa - Münəvvər Kələntərli deputat olmaq istəyirmiş - FOTOLAR
Manatın bugünkü MƏZƏNNƏSİ
Azarkeşlər futbolçunun boğazını kəsdilər
Lənkəranda evdə partlayış: ağır yaralı var
Məşhur aktyor Ermənistana səfər edəcəyi ilə bağlı xəbərləri inkar etdi
Azərbaycanın bu bölgəsi silkələndi: Əhali təşviş içində
Neftin qiyməti 100 dolları ötəcəkmi? - PROQNOZ
İlon Mask planetləri axtarmaq üçün kosmosa peyk göndərdi
Şenol Günəşin başı yarıldı - Derbi yarımçıq qaldı
Türkiyə parlamenti erkən seçkilərin keçirilməsi haqqında qərarı təsdiqlədi
İraq Suriyanı bombaladı
Erməni əsgərləri maykasız və tumansızdır - Paşinyan ordunu ifşa etdi
Almaniyada azərbaycanlı iş adamının bank hesabına səhvən 128 milyon avro köçürdülər - Amma görün, o nə etdi...
Nüfuzlu elmi mükafatın builki laureatlarının adları açıqlanıb
Bakıda ən yaxşı tələbələrə Moskva merinin təqaüdü təyin edilib
Azərbaycanın ali məktəblərində gürcü dili mərkəzi yaradıla bilər
Azərbaycanlı məşqçilər dünya reytinqində irəlilədi
"Vüqar Həşimov mənə heç-heçə təklif etmişdi" - Şəhriyar Məmmədyarov
Bakıda tozun miqdarı normadan 26 faiz yuxarıdır- NAZİRLİK
Avropa Komissiyasının rəhbəri Azərbaycan prezidentini təbrik etdi
Yaponiya Rusiyadan 4 adanı tələb edir
Keçmiş MTN generalının apellyasiya şikayəti təmin edilməyib
Beynəlxalq Sərgilər Bürosunun missiyasının Bakıya səfəri YEKUNLAŞDI
Şərh yaz