Modern.az

Lənkəran sakini Bakıda kütləvi dava zamanı öldürüldü

Lənkəran sakini Bakıda kütləvi dava zamanı öldürüldü

Aktual

18 Mart 2018, 20:29

Bakıda 5 nəfərin iştirakı ilə kütləvi dava olub.

 

"Report"un Cənub bürosu xəbər verir ki, dava zamanı 1 nəfər bıçaqlanaraq qətlə yetirilib.

 

Məlumata görə, həmin şəxs Lənkəran rayon Boladi kənd sakini Taleh Şıxəli oğlu Baxşıyevdir. O, dava zamanı ürək nahiyəsindən bıçaqlanaraq, hadisə yerində ölüb.

 

Davanın hansı səbəbdən baş verməsi və hadisənin kim tərəfindən törədildiyi hələlik məlum deyil.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir