Modern.az

NATO komandanından Rusiya təhlükəsi ilə bağlı XƏBƏRDARLIQ: 2025-ci ilə qədər

NATO komandanından Rusiya təhlükəsi ilə bağlı XƏBƏRDARLIQ: 2025-ci ilə qədər…

18 Mart 2018, 21:14

NATO və ABŞ-ın Avropadakı qoşunlarının komandanı Kertis Skaparotti hesab edir ki, NATO yerüstü qüvvələrin konsentrasiyası baxımından Şərqi Avropada zəifdir.

 

Modern.az saytının xarici KİV-ə istinadən məlumatına görə, bununla belə general Skaparotti Amerikanın hərbi sahə üzrə ixtisaslaşmış “RAND Corporation” analitik şirkətinin son məruzəsi ilə razı olmadığını vurğulayıb.

 

Qeyd edək ki, “RAND” Rusiyanın hücumu nəticəsində NATO-nun dağıdılacağı proqnozunu səsləndirib.

 

“Mən bununla razı deyiləm. NATO 29 ölkənin birgə gücünə malikdir. Ehtiyac olduğu halda müdafiə imkanları gücləndirilir. NATO çərçivəsində edilən səylər və ABŞ-ın siyasəti zəruri hallarda müdafiə imkanlarının artırılmasına yönəlib” – Skaparotti Senatın Silahlı Qüvvələr Komitəsinin üzvlərinə müraciətində belə bildirib.

 

O, Rusiyanı nəzərdə tutaraq qeyd edib ki, Moskva münaqişələri aşağı səviyyədə saxlamaq strategiyasını yürüdür. Məqsədləri isə budur ki, rəqibləri zəiflətsinlər.

 

“Və mən növbəti bəyanat vermək istəyirəm. Fikrimcə, onlar üstünlüyə malikdirlər – hətta adi silahlandırmalar sahəsində də. Bu, regiona coğrafi yaxınlıqla da əlaqəlidir. Lakin NATO uzunmüddətli perspektivdə böyük üstünlüyə malikdirlər və opponentlərimiz bundan çəkinir”.

 

NATO komandanı bildirib ki, ABŞ silahlı qüvvələri modernləşdirməni davam etdirməlidir, əks təqdirdə isə 2025-ci ilə qədər Rusiya tərəfindən böyük bir təhlükə ilə üzləşə bilər.

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir