Modern.az

Anti-islamçı hərəkatın liderinin Britaniyaya gəlməyi ilə qovulmağı bir oldu 

Anti-islamçı hərəkatın liderinin Britaniyaya gəlməyi ilə qovulmağı bir oldu 

18 Mart 2018, 21:56

Almaniyanın anti-islamçı “Pegida” hərəkatının banisi Lutz Baçmannın Böyük Britaniyaya girməsi əngəllənib və o aeroportdan deportasiya olunub.

 

Modern.az saytının məlumatına görə, bu haqda “The İndependent” yazıb.

 

Bildirilir ki, o, şənbə günü axşam saatlarında “Stansed” aeroportunda yerə enib və dərhal təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb.

Lutz Baçmann bazar günü səhər saatlarında Britaniyadan çıxarılıb.

 

Qeyd edək ki, Baçman 1998-ci ildə bir neçə illik müddətə azadlıqdan məhrum edildikdən sonra Cənubi Afrikaya qaçıb. Lakin o, az sonra tutularaq Almaniyaya deportasiya edilib.

 

“Pegida” hərəkatı miqrantlara və islama qarşı sərt mövqe tutub.

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Əliyev Putinlə görüşə gedir