Modern.az

Şəhriyar Məmmədyarov heç-heçə etdi

Şəhriyar Məmmədyarov heç-heçə etdi

18 Mart 2018, 23:45

Bu gün şahmat üzrə İddiaçılar Turnirinin yeddinci turu keçirilib.

 

Modern.az xəbər verir ki, azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarov tur çərçivəsində keçirilən oyunda rusiyalı Aleksandr Qrişükla görüşüb. Oyun heç-heçə başa çatıb.

 

Məmmədyarov 4,5 xalla turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb. Birinci yerdə ABŞ təmsilçisi Fabiano Karuana, 3-cü isə rusiyalı qrossmeyster Vladimir Kramnikdir.

 

Turnir Berlində "Külxaus" sərgi mərkəzinin binasında keçirilir. Turnirin mukafat fondu 420 min avro təşkil edir.

 

Turnir martın 27-ə kimi davam edəcək. İştirakçıların göstəriciləri eyni olduqda, martın 28-də tay-brek keçiriləcək.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir