Modern.az

Sərxoş ata oğlunun boğazını kəsdi - LƏNKƏRANDA

Sərxoş ata oğlunun boğazını kəsdi - LƏNKƏRANDA

18 Mart 2018, 23:54

Lənkəran sakininin boğazı kəsilib.

 

Modern.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun "Mikrorayon" adlanan ərazisində qeydə alınıb. Şəhər sakini, 1999-cu təvəllüdlü, Əli İlham oğlu Yaqubzadənin boğazı kəsilmiş halda ailə üzvləri tərəfindən Lənkəran Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Ona orada ilkin tibbi yardım göstərilib.

 

Məlumata görə, hadisə ailə münaqişəsi zəmnində baş verib. Belə ki, Ə.Yaqubzadənin boğazı atası İlham Yaqubzadə tərəfindən butulka şüşəsi ilə kəsilib. İlham Yaqubzadəin hadisəni törədərkən sərxoş olduğu bildirilir.

 

Faktla bağlı araşdırma aparılır. 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?