Modern.az

Saakaşvili ukraynalılara Krımı qaytaracağını vəd verdi

Saakaşvili ukraynalılara Krımı qaytaracağını vəd verdi

19 Mart 2018, 00:04

Odessa vilayətinin keçmiş qubernatoru Mixeil Saakaşvili ukraynalılara Krımı qaytaracağını vəd verib.

Modern.az xəbər verir ki, bu barədə "NEWSONE" məlumat yayıb.

Məlumata görə o, bununla bağlı Kiyevdə, Maydanda impiçment uğrunda marş zamanı tərəfdarlarına müraciətində bildirib.

"Kiyev, sizi salamlayıram. Biz Maydanı qaytardıq, biz Krıımı qaytaracağıq. Bu gün o gündür ki, növbəti dəfə deyirik – Putin sistemi Ukraynaya qayıtmayacaq", - deyə o bildirib.

Qeyd edək ki, bu gün Kiyevdə Saakaşvilinin tərəfdarları prezident Petr Poroşenkonun istefası tələbi ilə aksiya keçiriblər.  

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Əliyev Putin görüşünün gizli şifrələri: Rusiyada nələr oldu?