Modern.az

Rusiya MSK: Səslərin 35% hesablanmasından sonra Putin 73,73% səslə liderdir

Rusiya MSK: Səslərin 35% hesablanmasından sonra Putin 73,73% səslə liderdir

19 Mart 2018, 00:45

Rusiyanın hazırki prezidenti Vladimir Putin ölkədə keçirilən prezident seçkilərində liderlik edir.

Modern.az  Rusiyanın Mərkəzi Seçki Komissiyasının məlumatına istindanən xəbər verir ki, səslərin 35% hesablanmasından sonra, Putin seçicilərin 73,73% səslərini toplayıb.

 

Səsvermə yerli vaxtla saat 08:00-dan 20:00-dək davam edib. Ümumilikdə 97 mindən artıq seçki məntəqəsi fəaliyət göstərib, onlardan 400-dən artığı xaric yerləşib. Rusiya prezident seçkilərində 8 namizəd iştirak edib. (Trend.az)

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Son dəqiqə Naxçıvanın Kərki kəndində etirazlar başladı