Modern.az

London-Moskva qarşıdurmasının manata TƏSİRİ 

London-Moskva qarşıdurmasının manata TƏSİRİ 

19 Mart 2018, 11:27

Rusiyanın Böyük Britaniya ilə başlayan “ikinci dalğa gərgin münasibətləri” şimal qonşumuzun köhnə qitənin aparıcı ölkələri ilə də münasibətlərinin kəskinləşməsinə səbəb olub. Digər tərəfdən isə, ABŞ yeni sanksiyalar siyahısını genişləndirir. Bu

Fonda rublun məzənnəsində cüzidə olsa azalma müşahidə edilir.

 

Bu barədə Modern.az-a iqtisadçı Vüqar Bayramov bildirib.

 

Onun sözlərinə görə, fevralın sonunda 1 dollar almaq üçün 55.5 rubl ödəmək lazım idisə, indi hər ABŞ valyutası üçün 57.5 rus pulundan keçmək lazımdır:

 

“Doğrudur, məzənnə fərqi kəskin deyil. Amma aydındır ki, Moskva inzibati yollarla rubla olan təzyiqləri neytrallaşdırır. Moskvanın inzibati metodlarla rublu uzun müddət bu intervalda saxlaya bilməsi inandırıcı görünmür. Elə bunun özü yaxın gələcəkdə Rusiya üçün ciddi xərcə çevriləcək. Londonda başlanan gərginlik Moskva ilə Avropanın digər paytaxt şəhərləri ilə münasibətlərini daha pisləşdirəcəyi və köhnə qitədən yeni sanksiyalar tətbiq ediləcəyi halda rublu xilas etmək çətin olacaq”.

 

V.Bayramov deyib ki, Qərblə münasibətlərin gərginləşməsi fonunda şimal qonşumuzda yenidən dollarlaşma prosesi sürətlənir:

“Bütün bunlarla yanaşı, rublun məzənnəsinin necə dəyişməsi iqtisadi baxımdan bizim üçün də əhəmiyyətlidir. Belə ki, ötən il 1 milyard 538 milyon dollarlıq qeyri-neft sektoru üzrə ixracatımızın 553 milyon dolları Rusiya bazarına yönəlib. Bu isə o deməkdir ki, Azərbaycanın ümumi qeyri-neft ixracatının 36 faizə yaxını məhz şimal qonşumuzun payına düşür.

 

Deməli, rublun məzənnəsi qeyri-neft ixracatımıza birbaşa təsir göstərən faktorlardandır. Bu baxımdan da, rublun dəyərsizləşməsi manata təzyiqləri artıra bilər”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı