Modern.az

Dünya Putini qələbəyə görə təbrik edir - Qərb liderləri susur

Dünya Putini qələbəyə görə təbrik edir - Qərb liderləri susur

19 Mart 2018, 12:30

Dünya liderləri Rusiya prezidenti Vladimir Putini seçkilərdə qələbə münasibətilə təbrik edirlər.

 

Modern.az xəbər verir ki, Azərbaycan prezidenti İlham Əliyev, Çin lideri Si Çzinpin, Venesuela prezidenti Nikolas Maduro, Serbiya prezidenti Aleksandr Vuçiç, Ermənistan prezidenti Serj Sarkisyan, Qazaxıstan lideri Nursultan Nazarbayev və Kuba lideri Raul Kastro Putini yenidən prezident seçilməsi münasibətilə təbrik edib.

 

Qərb liderləri isə hələ ki, Putini təbrik etməyə tələsmirlər. Qeyd edək ki, 2012-ci ildə də Putin prezident seçildikdən sonra o zamankı ABŞ prezidenti Barak Obama onu təbrik etməmişdi. Həmin il Qərbi Avropa liderləri də Putini təbrik etməyə tələsmirdilər. O zaman yalnız Fransa prezidenti Nikola Sarkozi Putinə “səmimi dəstək” ifadə etmişdi.

Böyük Britaniya baş naziri Devid Kemeron isə təbrikdə Rusiya liderinin adını çəkməmişdi. Almaniya kansleri Angela Merkel isə seçkidən bir neçə gün sonra Putinə zəng vuraraq, iki ölkə arasında əməkdaşlığın davam etdirilməsi üçün öz dəstəyini ifadə etmişdi.

Whatsapp
Bizə yazın!
Keçid et
Əli Kərimli və Sevinc Osmanqızının vəziyyəti pisləşib:Komaya düşüblər