Modern.az

Prezidentliyə namizədlər bu gün 22:00-da debata ÇIXACAQLAR

Prezidentliyə namizədlər bu gün 22:00-da debata ÇIXACAQLAR

Aktual

19 Mart 2018, 12:33

“Bu gün seçkiqabağı təşviqat başlayıb. Artıq bu gün axşamdan İctimai Televiziyada namizədlərin debatı baş tutacaq. Namizədlərin arzusu ondan ibarətdir ki, radiodakı veriliş televiziyadakından əvvəl olsun.  Hesab edirəm ki, ümumi razılığa gəlinəcək və televiziyadakı debat saat 22:00-da, radioda isə çıxışlar 19:00-da olacaq”.

 

Modern.az-ınməlumatına   görə, bunu Azərbaycan Respublikası prezidentinin seçkilərində kütləvi informasiya vasitələrinin rol və vəzifələrinə həsr edilən seminar-müşavirədə Mərkəzi Seçki Komisiyasının sədri Məzahir Pənahov deyib.

 

MSK sədri bildirib ki, seçkilər 5600-ə yaxın məntəqədə həyata keçiriləcək.

 

“Seçici siyahısına daxil olmuş  seçicilərin sayı 5 milyon 300 mindən çoxdur. Səsvermə gününə bir neçə gün qalmış ölkəyə 280 beynəlxalq müşahidəçi gələcək.

 

Seçki məntəqələrində artıq 1000 veb-kamera quraşdırılıb. Bu veb-kamera quraşdırılmasında əsas məqsəd seçkilərdə şəffaflığın təmin olunması baxımından müstəsna əhəmiyyət kəsb edir”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İrəvanda Azərbaycan və Türkiyə bayraqları yandırıldı