Modern.az

Zahid Oruc seçkilərdə qalib gələcəyinə inanır?.. - Namizəd CAVAB VERDİ  

Zahid Oruc seçkilərdə qalib gələcəyinə inanır?.. - Namizəd CAVAB VERDİ   

Ölkə

19 Mart 2018, 12:49

Azərbaycanda bu il aprelin 11-də növbəti prezident seçkiləri keçiriləcək. Mərkəzi Seçki Komissiyası tərəfindən martın 17-də namizədlərin qeydə alınması prosesi başa çatıb. Bununla da Azərbaycanda prezident olmaq istəyənlərin sayı 8-ə çatıb.


Azərbaycan prezidenti İlham Əliyev -  namizədliyi hakim Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülüb;

Milli Məclisin deputatı Qüdrət Həsənquliyev - namizədliyi Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası tərəfindən irəli sürülüb;

Milli Məclisin deputatı Araz Əlizadə - namizədliyi Azərbaycan Sosial Demokrat Partiyası tərəfindən irəli sürülüb; 

Milli Məclisin deputatı Fərəc Quliyev -  namizədliyi Milli Dirçəliş Hərəkatı Partiyası tərəfindən irəli sürülüb;

Milli Məclisin deputatı Zahid Oruc - öz təşəbbüsü ilə namizədliyini irəli sürülüb;  

Razi Nurullayev - namizədliyi “Cəbhəçilərin təşəbbüs qrupu” tərəfindən irəli sürülüb;

Hafiz Hacıyev -  namizədliyi Müasir Müsavat Partiyası tərəfindən irəli sürülüb;

Sərdar Cəlaloğlu - Azərbaycan Demokrat Partiyası tərəfindən irəli sürüüb.


Aparılan sorğular nəticəsindən aydın olurki, digər namizədlər hazırki prezident İlham Əliyevdən xeyli geri qalırlar. 


Bəs namizədlərin özləri nə düşünürlər, prezident seçkilərində qalib gəlmələrinə inanırlar?

 

Məsələ ilə bağlı Modern.az-a danışan Milli Məclisin deputatı, prezidentliyə namizəd Zahid Oruc deyib ki, seçilmək ehtimalını sorğular, insanlar əhatə olunduğu şəxslər tərəfindən alınan rəylər müəyyənləşdirir:

“Dünyada bununla bağlı mühüm sosioliji sorğu mərkəzləri mövcuddur. Onlar bu işləri təşkil edirlər. Kampaniya ərzində  onlar dəyişən rəyləri fiksasiya edib  adekvat qiymətləndirmələrini bəyan edirlər. Bu cəhətdən seçkilərin əsas ağırlıq mərkəzi və onun liderliyi prezident İlham Əliyevə məxsusdur. Məgər, Zahid Oruc və digər adını çəkə biləcəyimiz namizədlər deyil, başqaları olsaydı vəziyyət dəyişiləcəkdi? Ən demokratik seçiklər halında 40-50 faiz Azərbaycan vətəndaşını öz ətraflarında birləşdirmək gücü var? Xeyr, yoxdur. Bizi bu mənada alternativ olmamaqda ittiham edənlərin özləri minimum imkanlara malik deyillər.
“Mən prezident olacam! Mətləq məni dəyərləndirin!” deyən adamlar daha çox məxsərə obyektindədirlər. Çünki hər hansı bir komandaya malik deyillər. Ölkənin real siyasi inkişafından təxminən 20-25 il geri qalıblar”.

 

Zahid Oruc deyib ki, seçkilərə qatılmayan iki qüvvə - Milli Şura və Müsavat rəhbərliyinin davranışları onların təxminən 1990-cı ildə qaldığını göstərir.

“Sanki onlar XXI əsrə keçməyiblər. Belə olan şəraitdə bizim üçün hədəflərin nə olduğunu açıq söyləmişik. Bildirmişik ki, onlarla məsələyə fərqli baxışlarımız var. Bunu platformamızda da ifadə etmişik. Ən önəmli məsələ insanların düşüncəsinə, rəyinə təsir etməkdir. Hətta gələcək qalib prezidentin  hökumətinin fəaliyyətinə  bu mənada təsirini göstərməyi bacarmaqdır. Çünki məmur da,digər hakimiyyət qolunda təmsil olunan şəxs də, məhkəmə təmsilçisi də insandır. Görürsən ki, başqa bir şəxs Heydər Əliyev ideyalarına dayanan, müxtəlif məsələlərə fərqli baxışı olan adam deyir ki, biz bu addımları belə atmalıyıq. Bunun nəyi pisdir? Deyirlər ki, Heydər Əliyev platformasında dayananlardan yalnız bir namizəd olmalıdır. Bu tamamilə cəfəng bir baxışdır. Onların çoxu özlərini Əbülfəz Elçibəyin varisləri elan ediblər. İsa Qəmbər də, Əli Kərimli də, Cəmil Həsənli də.  Nə əcəb Əbülfəz Elçibəyin portreti altında olanların 5-6-sı digər seçkilərdə öz iddialarını ifadə edirdilər?  Əbülfəz Elçibəyin ideaları, irsi sizi niyə birləşdirmir ki? Vahid bir mövqedən çıxış edib, gəlin namizəd olun. Demokratiklik odur ki, kiminsə məramı fərqli ola bilər. Namizədə 40 min imza verilir. Kimsə onu qazanmırsa, bu qəhabət deyil. İmza verilməsi seçki kampaniyasına qatılmağa icazədir.  Vətəndaşın hüququ var ki, bu imzanı sonrakı dönəmdə ifadə etməsin və başqa bir namizədin üzərində dayansın”.

 

Prezidentliyə nazmidin sözlərinə görə, seçkilərdə ölkə əhalisinin yarısına qədərinin iradəsini ifadə edən şəxs də məğlub olanda, bir nəticə ilə üz-üzə qalır:

“Axı yalnız bir nəfər qalib gələ bilər. Yəni kimisə autsayder, özlərini isə güclü qüvvə kimi təqdim edənlərin qarşısına biz başqa nəticələri qoya bilirik. Onlar öz daxillərində seçki keçirəndə nə ediblər ki? Müsavat Partiyası məhz bu səbəblərə görə 4 yerə parşalanıb. Orada hər seçilən bir partiya qurub. Qubad İbadoğlunun partiyadan çıxmaq səbəbi nəydi? Ya Sülhəddin Əkbərin, Tural Abbaslının?
Ona görə də bizim üçün bəsit bir yanaşmanı cavablandırmaq məcburiyyəti qoyanlara deyirik ki, seçki mübarizəsi yalnız onun sonunda faizlə ölçülən yarış deyil. Elə bir qüvvə qalib gəlsin ki, heç kəs özünü məğlub hiss etməsin. Biz bütün tənqidlərə  və əks mövqelərə açığıq. Amma onlar da ədaləti ifadə etməlidirlər”.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!