Modern.az

Bakıda 5 min manata civə satmaq istəyən YAXALANDI  

Bakıda 5 min manata civə satmaq istəyən YAXALANDI   

Aktual

19 Mart 2018, 13:12

Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə Xəzər rayonunun Binə qəsəbəsi ərazisində bir nəfərin civə satmaq istəməsi barədə məlumat daxil olub.

 

Daxili İşlər Nazirliyindən Modern.az-a verilən məlumata görə, baş idarənin əməkdaşları tərəfindən həyata keçirilən  əməliyyat-axtarış tədbirləri nəticəsində həmin şəxs civəni 5000 manata satarkən cinayət başında yaxalanıb.

 

Araşdırmalarla onun Bakı şəhər sakini Ruzigar Əbişov, satmaq istədiyi güclü təsiredici xüsusiyyətə malik ağır metalın çəkisi 736,8 qram metallik civə olduğu müəyyən edilib.

Saxlanılan şəxs götürülmüş maddi sübutla birgə istintaqa təhvil verilib.

 

Faktla bağlı cinayət işi başlanılıb. Araşdırma aparılır.

 

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!