Modern.az

Cəlaloğlu İqbal Ağazadə və Pənah Hüseynlə danışıqlara BAŞLAYIR

Cəlaloğlu İqbal Ağazadə və Pənah Hüseynlə danışıqlara BAŞLAYIR

19 Mart 2018, 14:42

Prezidentliyə namizədliyi Mərkəzi Seçki Komissiyası tərəfindən qeydə alınmış Azərbaycan Demokrat Partiyasının sədri S.Cəlaloğlu bu gündən etibarən özünün seçki kampaniyasına dəstək məqsədi ilə bir sıra müxalif partiyalarla məsləhətləşmələrə başlayır.

 

Bu haqda Modern.az-a partiyadan bildirilib.

 

Məlumata görə, iİlkin olaraq Ümid Partiyası və Azərbaycan Xalq Partiyası ilə danışıqlar aparılması nəzərdə tutulub.

Qeyd edək ki, Ümid Partiyasının sədri İqbal Ağazadə, Xalq Partiyasının sədri isə Pənah Hüseyndir.

 

Xatırladaq ki, bundan əvvəl  prezidentliyə namizədliyi irəli sürülən Azərbaycan Demokrat Liberal Partiyasının sədri F.Əliyev ADP sədri S.Cəlaloğluun xeyrinə öz namizədliyini geri götürməklə bağlı mətbuatda bəyanatla çıxış edib.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir