Modern.az

“Azərsu” bayram günlərində gücləndirilmiş rejimdə çalışacaq

“Azərsu” bayram günlərində gücləndirilmiş rejimdə çalışacaq

Aktual

19 Mart 2018, 15:04

Azərsu” ASC Novruz bayramı günlərində gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək. 

Bununla əlaqədar Səhmdar Cəmiyyətin Aparatında  və yerli sukanal idarələrində növbətçilik rejimi tətbiq ediləcək. Qəza briqadaları və 955 Zəng Mərkəzi 24 saat əhalinin xidmətində olacaq.

Qurumdan Modern.az-a bildirilib ki, bayram və qeyri-iş günlərində əhalinin içməli su ilə təchizatında  dayanıqlılığın təmin olunması, həmçinin bayram tədbirlərinin keçirildiyi yerlərin fasiləsiz su təminatı məqsədilə zəruri  tədbirlər görüləcək.

İstehlakçılardan xahiş olunur su təchizatı və kanalizasiya xidmətlərində yaranacaq problemlərlə əlaqədar “Azərsu” ASC-nin 955 Zəng Mərkəzinə müraciət etsinlər.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!