Modern.az

“Onların Kimsəsi Bizik!” şüarı ilə Novruz bayramı

“Onların Kimsəsi Bizik!” şüarı ilə Novruz bayramı

19 Mart 2018, 16:25

Gənclər üçün Təhsil Mərkəzinin Gəncə Regional Ofisinin nümayəndələri hər il olduğu kimi bu il də  "Onların Kimsəsi Bizik!" şüarı ilə Novruz bayramı ərəfəsində kimsəsiz və valideyn himayəsindən məhrum uşaqların məskunlaşdığı Gəncə Uşaq Evində oldular.

 

Gəncə Uşaq Evinin rəhbəri Nazilə İsmayılova tədbirdə çıxış edərək qonaqları salamlayıb və  bildirib ki, 60-ə yaxın kimsəsiz və valideyn himayəsindən məhrum olmuş uşağın tərbiyə aldığı müəssisədə yüksək səviyyəli şərait və dərnək məşğələləri üçün otaqlar yaradılıb.

Dövlətimizin uşaqlara və gənclərə göstərdiyi diqqət və qayğıdan danışan Gənclər üçün Təhsil Mərkəzinin Gəncə Regional Ofisinin direktoru Aygün Həsənzadə cəmiyyətin həssas qruplarından olan kimsəsiz və valideyn himayəsindən məhrum uşaqlara yalnız dövlət orqanlarının deyil, həm də QHT-lərin, eləcə də ayrı-ayrı şəxslərin diqqətinin artırılmasının vacibliyini vurğulayıb.

 

Modern.az xəbər verir ki, tədbir uşaq evinin balaca fidanlarının hazırladıqları "Tık-tık xanım" tamaşası və təşkilat üzvlərinin hazırladıqları maraqlı oyunlar, Novruz atributları - "Kosa və keçəl", "Bahar qızı və Novruz"un iştirakı ilə konsert proqramı ilə davam edib.

 

Sonda təşkilat üzvləri tərəfindən uşaq evinin sakinlərinə bayram hədiyyələri paylanılıb.

Twitter
Sizə yeni tvit var
Keçid et
Əliyev Putin görüşünün gizli şifrələri: Rusiyada nələr oldu?