Modern.az

Namizədlər üçün efir vaxtının püşkatması keçirildi  

Namizədlər üçün efir vaxtının püşkatması keçirildi  

19 Mart 2018, 16:41

Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında aprelin 11-nə təyin edilən prezident seçkilərində İctimai Televiziya və Radio Yayımları Şirkəti tərəfindən ayrılan ödənişsiz efir vaxtının bölgüsü məqsədilə püşkatma keçirilib.


Modern.az
-ın məlumatına görə, MSK sədrinin müavini Natiq Məmmədov deyib ki, namizədlərə həftədə 3 saat televiziyada, 3 saatda radioda olmaqla ümumlikdə 6 saat ödənişsiz efir vaxtı ayrılacaq. O bildirib ki, həftədə 3 dəfə nəzərdə tutulan efir vaxtının hər mərhələsi 1 saat olacaq.

MSK sədrinin müavini qeyd edib ki, efirdə şəxsiyyəti alçaldan çıxışlar etmək yolverilməzdir.

Sonra püşkatma keçirilib, nəticəyə əsasən, İTV-də prezidentliyə namizədlərin çıxışları üçün ardıcıllıq belə olacaq:  

1-ci Zahid Oruc, 2-ci Araz Əlizadə, 3-cü Qüdrət Həsənquliyev, 4-cü İlham Əliyev, 5-ci Razi Nurullayev, 6-cı Sərdar Cəlaloğlu (Məmmədov), 7-ci Fərəc Quliyev, 8-ci Hafiz Hacıyev.

Çıxışların hər biri 7 dəqiqə 30 saniyə olacaq.

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?