Modern.az

Azərbaycan OPEK+ konfransının Bakıda keçirilməsini təklif edib - Baş katibdən AÇIQLAMA  

Azərbaycan OPEK+ konfransının Bakıda keçirilməsini təklif edib - Baş katibdən AÇIQLAMA  

19 Mart 2018, 16:50

Azərbaycan və OPEK sıx əməkdaşlıq edir və bu əməkdaşlıq çərçivəsində dünya neft bazarında qiymətlərin sabitliyi əldə edilib.

Modern.az-ın məlumatına görə, bunu energetika naziri Pərviz Şahbazov jurnalistlərə açıqlamasında deyib.

 

P.Şahbazov bildirib ki, ötən gün OPEK-in baş katibi Azərbaycan Prezidenti İlham Əliyevlə görüşüb və bu görüş zamanı Azərbaycanla OPEK arasında əməkdaşlıq, beynəlxalq neft bazarında vəziyyət, digər beynəlxalq və regional məsələlər müzakirə olunub.

 

Onun sözlərinə görə, hazırda Azərbaycanla OPEK arasında OPEK+ çərçivəsində sıx əməkdaşlıq mövcuddur.

 

"Bu təşəbbüs 2016-cı ilin sonunda başlayıb və buna səbəb dünya bazarında neft qiymətlərinin qeyri-stabilliyi idi. Bu çərçivədə qiymətlərdə müəyyən sabitlik və bazarda tələb və təklif arasında balans əldə olundu. Bütün bu nailiyyətlər dünyadakı iqtisadi proseslər fonunda bəzi ölkələrdə vəziyyətin yaxşılaşmasına imkan verdi”.

 

"Azərbaycan OPEK+ konfransının Bakıda keçirilməsini təklif edib".

 

Bunu OPEK-in baş katibi, hazırda Bakıda səfərdə olan Məhəmməd Barkindo Azərbaycanın energetika naziri Pərviz Şahbazovla görüşündən sonra keçirilmiş brifinqdə deyib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir