Modern.az

21 sığorta şirkəti tərəfindən 130.2 milyon manat sığorta haqqı toplanıb

21 sığorta şirkəti tərəfindən 130.2 milyon manat sığorta haqqı toplanıb

19 Mart 2018, 17:14

2018-ci ilin yanvar-fevral ayları ərzində ölkədə fəaliyyət göstərən 21 sığorta şirkəti tərəfindən 130.2 mln. manat məbləğində sığorta haqları toplanıb.

 

Bu barədə Maliyyə Bazarlarına Nəzarət Palatasından Modern.az-a verilən məlumatda bildirilib.

 

Rəsmi məlumata görə,  40.5 mln. manat məbləğində sığorta ödənişi aparılıb.

 

Könüllü sığorta bazarı üzrə haqlar 106.8 mln. manat, ödənişlər isə 29.6 mln. manat təşkil etmişdir. İcbari sığorta bazarı üzrə haqlar 23.4 mln. manat, ödənişlər isə 10.9 mln. manat olub.

 

2018-ci ilin yanvar-fervral ayları ərzində sektor üzrə məcmu sığorta haqlarının 82%-i könüllü, 18%-i isə icbari sığorta növlərinin payına düşüb. Sığorta ödənişlərinin 73%-i könüllü, 27%-i isə icbari sığorta növləri hesabına formalaşıb.

 

2018-ci ilin yanvar-fevral ayları ərzində sığorta şirkətləri və sinifləri üzrə hesablanmış sığorta haqları və ödənişlərə dair ətraflı məlumatlar sığorta bazarının icmal göstəricilərində öz əksini tapıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər